Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Partiyaların birləşməsi ətrafında müəyyən müzakirələr aparılıb
Fərəc Quliyev:Partiyaların birləşməsi ətrafında müəyyən müzakirələr aparılıb |
6 fəsil və 30 maddədən ibarət "Siyasi partiyalar haqqında" yeni qanunda siyasi partiyaların yaradılması və fəaliyyəti üçün əvvəlki qanunla müqayisədə daha sərt tələblər müəyyən edilib. Əvvəlki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idisə, yeni qanunla bu tələb 5 dəfə artırılıb.
Qanunun keçid müddəalarında qeydiyyatda olan partiyalardan üzvlərinin sayını 5 min nəfərə çatdırmaq tələb olunur və bunun üçün onlara 6 ay vaxt verilir. Partiyaların üzv sayı 4500-dən aşağı olacağı təqdirdə Ədliyyə Nazirliyi partiyaların ləğvi üçün məhkəməyə müraciət edə bilər. Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan siyahıya əsasən, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən başlayaraq partiyalar özünü buraxmağa başlayıb. Artıq 15 partiya fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Belə ki, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam verib. Bəs digər partiyalar fəaliyyətinə davam etmək üçün 5000 üzv toplayıbmı? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, partiyaların birləşməsi ətrafında müəyyən müzakirələr aparılıb. "Biz qərar qəbul olunandan sonra 12 min nəfərin sənədini səhmana saldıq. Yəni sənədlər əvvəldən əlimizdə idi, sadəcə qanunauyğun ərizə blanklarını doldurmamışdıq. Müəyyən tələblərə görə yenidən işləməli olduq. Yəni problemimiz yoxdur. Müəyyən partiyalar ilə birləşmə haqqında söhbət etdik, ancaq bir müddətdən sonra dayandı. Gələcəkdə yenidən belə təklif olsa, müzakirə etmək olar. Ümumiyyətlə, mən düşünürəm ki, Azərbaycan siyasi arenasında samballı partiyalar olmalıdır. QHT-lərlə partiyaların fərqi olmalıdır. Partiyalar samballı addımlar atmalı, bütün rayonlarda özəklər yaradılmalıdır. Hakimiyyətə iddialısansa, cəmiyyətin dəstəyi olmalı və komanda formalaşmalıdır. 5-10 nəfər yığışıb təşkilat kimi qeyri-ciddi məsələlərə baxmaq olmaz. Mən hesab edirəm ki, 3 ideoloji istiqamət var. Bunlar sağçılar, solçular və mərkəzçilərdir. Onu da qeyd edim ki, nizamnamələr oxşardır. Siyasi palitrada düzənləmələr olmalıdır. Amma bu, təkcə sözügedən qanunla olmur. Yəni ya seçkilərdə qarışıq sistem olsun, ya da ayrıca proporsional olsun ki, cəmiyyət onu ələsin. Buna görə də partiyaların təmərküzləşməsi üçün indiki dövrdə atılan addımları normal dəyərləndirirəm. Əvvəl 60-dan çox partiya var idi və bəziləri müəyyən səbəblərə görə fəaliyyətlərini dayandırdılar. Məncə, gələcəkdə siyasi partiyalar arasında rəqabət olsun deyə bu addımların atılması vacib idi", - partiya lideri vurğulayıb. Rahib Ələsgərov/modern.az Geri dön |