Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Prezident İlham Əliyev Avropanın enerji xəritəsini necə dəyişir? – Liderlərin təqdir etdiyi təşəbbüslər
Prezident İlham Əliyev Avropanın enerji xəritəsini necə dəyişir? – Liderlərin təqdir etdiyi təşəbbüslər |
Hazırda Azərbaycanın Avroatlantik məkanda nüfuzu günü-gündən artmaqdadır. Azərbaycanın həm xarici siyasəti, həm iqtisadi, həm də enerji kursu Avropa liderləri tərəfindən təqdir olunur. Onlar Avropada keçirilən ən mötəbər tədbirlərdə, həmçinin Prezident İlham Əliyevlə keçirilən ikitərəfli görüşlərdə bunu açıq şəkildə dilə gətirirlər.
Məsələn, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev barədə bu fikirləri səsləndirmişdi. Sitat: “Mən bu səfərdən həqiqətən də çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan biri deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm”. Azərbaycan liderinin Macarıstana səfəri zamanı Baş nazir Viktor Orban ölkəmizin yerləşdiyi çətin regiona diqqət çəkərək, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı siyasi kursu təqdir etmişdi. Sitat: “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm. Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə, Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib". Prezident İlham Əliyevin Bolqarıstana son səfəri zamanı isə həm Bolqarıstan lideri Rumen Radevin, həm də Avropanın digər yüksək çinli məmurlarının Azərbaycan barədə səsləndirdiyi fikirlər də xüsusi diqqət çəkir. Bolqarıstan Prezidenti Rumen Radev deyib ki, Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. Sitat: “ Son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir. Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. On ildən artıq müddət bundan əvvəl imzaladığımız müqaviləyə əsasən Bolqarıstanın artıq bir ildən çoxdur Azərbaycan tərəfindən etibarlı şəkildə təchiz olunduğu faktına əlavə etməli heç nə yoxdur. Bütün qlobal siyasi faktlara baxmayaraq, Azərbaycan müqavilənin şərtlərinə ciddi şəkildə əməl edir”. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson Sofiyada imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti barədə danışarkən Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi vurğulayıb. O, Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu qeyd edib. Sitat: "Bu Anlaşma Memorandumu böyük əhəmiyyət kəsb edir. Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut etdi. Avropa Komissiyası bundan sonra da Azərbaycanla çalışacaq. Azərbaycan etibarlı tərəfdaşdır". İmzalama mərasimində Azərbaycanla bağlı xoş sözlər deyən Avropa rəsmiləri arasında Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu da xüsusi qeyd etmək lazımdır. Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman deyib ki, birlikdə ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq. Sitat: “Mən neft və qaz mühəndisiyəm və Sovet İttifaqının dağılmasından sonrakı onilliyi xatırlayıram. Mən ittifaqın dağılmasından sonra neft hasilatı üzrə Azərbaycanın yeni neft layihələrini xatırlayıram. Mən Azərbaycanın nəhəng neft-qaz layihələrinin reallaşmasında cənab Prezident Heydər Əliyevin əvəzsiz xidmətlərini xatırlayıram. İnanıram ki, biz indi qaz idxalı sahəsində ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni fəslinə start verəcəyik. Çünki Azərbaycan və SOCAR enerji təchizi üçün uzunmüddətli, etibarlı və dürüst tərəfdaşdır. Hesab edirəm ki, növbəti onillikdə biz yaxşı tərəfdaş olacağıq və birlikdə ölkələrimizin Azərbaycanla əməkdaşlığının yeni erasını yaradacağıq”. Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə Azərbaycandan Avropaya qazın idxalı məsələsini vurğulayaraq, bu marşrutun Avropa üçün önəmini qeyd edib. Sitat: “Mərkəzi Avropada şaxələnmə məsələsinə gəldikdə ən yaxşı, ən real və ən səmərəli həll yolu qazı Azərbaycandan idxal etməkdir. Buna heç bir şübhəmiz yoxdur. Biz özümüzə, ən azından özümüzə düzünü deməliyik. “Həmrəylik Halqası” olmasa, Avropa maliyyələşməsi olmasa, onda Mərkəzi Avropanın həqiqətən də mərkəzində yerləşən bizlərin Azərbaycandan əhəmiyyətli qaz həcmini almağa heç bir imkanı olmayacaq. Bizə mütləq Türkiyə də lazım olacaq. Mərkəzi Avropanın gələcək enerji təchizatının mühüm bir hissəsini təşkil edəcək Azərbaycandan olan qaz həcminə güvənmək üçün ümid edirik ki, onlar da gələn dəfə təmsil olunaraq razılaşmanın bir hissəsi olacaqlar”. Təbii ki, Azərbaycan dünya iqtisadiyyatında böyük paya sahib olan iqtisadi güclərin etimadını qısa müddət ərzində qazanmayıb. Bunun üçün 2000-ci illərin əvvəllərindən, yəni Avropanın enerji xətirəsinin dəyişdirilməsi prosesinə start verildiyi dövrdən gərgin əmək sərf olunub, sistemli iqtisadi lahiyələr həyata keçirilib. Azərbaycan etibarlı tərəfdaş imici formalaşdırmaq üçün uzun illər ərzində böyük neft və qaz infrastrukturu inşa edib. Həmçinin rəsmi Bakı 27 il ərzində dünya bazarına ixrac etdiyi xam neftlə bağlı imzaladığı müqavilələrə daima sadiqlik nümayiş etdirib. Bu səbəbdən, sonrakı mərhələdə inşa olunan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanı Avropa dövlətləri üçün əvəzolunmaz tərəfdaşa çevirib. İndi hazır infrastrukturun verdiyi imkanlar sayəsində Azərbaycan Avropanın enerji böhranından xilas etmək üçün tarixi missiyanı uğurla icra edir. Ona görə də Avropa liderləri Azərbaycan Prezidentinin dünyada baş verəcək hərbi, siyasi və iqtisadi prosesləri əvvəlcədən proqnozlaşdırıb, uyğun infrastruktur qurmasını, həmçinin layihələrin təşəbbüskarı olmasını yüksək qiymətləndirməyə bilməz. Onlar Azərbaycan Prezidentinə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlıq hisslərini açıq şəkildə dilə gətirirlər. Azərbaycan lideri bundan sonra da Avropanın yeni enerji xəritəsinin cızılması prosesində aparıcı mövqedə dayanmaqda qərarlıdır. Artıq bu istiqamətdə mühüm addımlar atılmaqdadır. Məsələn, hazırda “Həmrəylik Həlqəsi” təşəbbüsü ilə bağlı atılan addımlar Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin daha da genişləndirilmiş mərhələsi hesab etmək olar. Çünki Azərbaycan əvvəllər qazı TAP vasitəsi ilə Yunanıstana, oradan isə İtaliyaya ixrac edirdisə, hazırda Avropada “mavi yanacaq” ixrac edəcəyimiz ölkələrin sayı 10-dan artıqdır. Göründüyü kimi, Azərbaycan Avropa liderlərini bir ideya, vahid hədəf uğrunda birləşdirməyi bacarır. Bu isə ümumilikdə Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasətinin yeni mərhələyə qədəm qoyması, Bakıya ehtiyacın artması, həmçinin Azərbaycanın yeni siyasi və iqtisadi təsir imkanlarının formalaşması deməkdir. Geri dön |