Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanın su enerjisinin toplam gücü artıb - Beynəlxalq Agentlik
Azərbaycanın su enerjisinin toplam gücü artıb - Beynəlxalq Agentlik |
2022-ci ildə Azərbaycanın su enerjisinin toplam gücü 1177 meqavat olub.
Bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) nəşrində deyilir. Agentliyin məlumatlarına əsasən, bu göstərici 2021-ci ilki 1157 meqavatla müqayisədə 1,72 faiz, 2020-ci ilki 1149 meqavatla müqayisədə 2,43 faiz, 2019-cu ilki 1145 meqavatla müqayisədə isə 2,79 faiz artıb. Eyni zamanda hesabat dövründə Azərbaycanda günəş enerjisinin gücü 51 meqavat olub ki, bu da 2021-ci ildəkindən (48 meqavat) 6,25 faiz çoxdur. Qeyd edək ki, IRENA-nın məlumatlarına əsasən 2022-ci ildə Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi gücü 1339 meqavat olub. Bu göstərici 2021-ci illə (1316 meqavat) müqayisədə 1,74 faiz artıb. IRENA-nın məlumatına görə, 2022-ci ildə bərpa olunan enerji mənbələrinin payına dünyanın müəyyən edilmiş enerji gücünün 40 faizi düşüb. Geri dön |