Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baydenin siyasəti ABŞ-ı yeni Böyük Depressiya ilə təhdid edir - Tramp
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Baydenin siyasəti ABŞ-ı yeni Böyük Depressiya ilə təhdid edir - Tramp

Baydenin siyasəti ABŞ-ı yeni Böyük Depressiya ilə təhdid edir - Tramp


Co Baydenin hazırkı administrasiyasının yürütdüyü siyasət nəticəsində ABŞ yeni Böyük Depressiya ilə üzləşə bilər.

Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışında deyib.

D.Tramp qeyd edib ki, 2024-cü il prezident seçkilərində qalib gəlsə, hasilatı artıraraq enerji qiymətlərinin aşağı düşməsinə nail olacaq. "Quyular qazacağımız üçün inflyasiyaya son qoyacağıq", - deyə respublikaçı bildirib.

O iddia edib ki, "enerji qiymətləri düşərsə, digər qiymətlər də düşəcək. "Faiz dərəcəsini aşağı salıb ölkəmizi geri qaytaracağıq. Çünki indi getdiyimiz istiqamətə görə biz depressiya təhlükəsi ilə üz-üzəyik. 1929-cu il kimi depressiyaya doğru gedirik, lakin biz buna imkan verməyəcəyik", - deyə D.Tramp bildirib.

Qeyd edək ki, Böyük Depressiya 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranı.

Geri dön