Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Hindistan Azərbaycana qarşı düşmən siyasəti yürüdür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Hindistan Azərbaycana qarşı düşmən siyasəti yürüdür

Fərəc Quliyev:Hindistan Azərbaycana qarşı düşmən siyasəti yürüdür


"Onlar Kəşmir məsələsilə bağlı yaşadıqlarını Ermənistanın əlilə Azərbaycana yaşatmağa çalışırlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Hindistandan Ermənistana İran vasitəsilə silah-sursat gətirilməsini şərh edərkən deyib:

"Bir neçə ölkə var ki, onlar təkcə Azərbaycana qarşı deyil, ümumiyyətlə demokratiyaya, yeni dünya düzəninə, xeyir qüvvələrinə qarşı vuruşurlar. Onlara "şər üçbucağı” da deyirlər. Xüsusən də Rusiya, İran və Hisdistan bura aiddir”.

Həmsöhbətimiz bildirir ki, Hindistanın İrəvana dəstəyi heç də Ermənistana olan sevgisindən qaynaqlanmır:

"Onlar bilir ki, Azərbaycan Pakistanın yaxın müttəfiqi, onun bütün hüquqlarını müdafiə etməyə hazır olan bir dövlətdir. Pakistanın da bu müstəvidə ölkəmizə münasibətini bilirlər. Hindistanın dərdi bundan qaynaqlanır. Amma buna baxmayaraq, Hindistan Azərbaycanla da əlaqə saxlayır, ikitərəfli əməkdaşlıqdan danışılır. Digər tərəfdən də Hindistan Ermənistana silah satır. Bu zaman çalışır ki, təxribat yaratsın. Onlar Kəşmir məsələsilə bağlı yaşadıqlarını Ermənistanın əlilə Azərbaycana yaşatmağa çalışırlar. Amma heç nə edə bilməzlər. Ermənistana 2-3 təyyarə silah verməklə nə edəcəklər ki? 44 günlük müharibə zamanı Ermənistan Rusiyadan 900 ton silah-sursat aldı. Putin özü də dedi ki, Ermənistana silahı balansı saxlamaq üçün verir. Buna baxmayaraq, Azərbaycan Ordusu Rusiyadan alınan bu silahların ən son modellərini darmadağın edib, Azadlıq meydanında sərgiyə qoydu. Hindistan silahları onun yanında heç nədir”.

Partiya sədri qeyd edir ki, Azərbaycan bundan sonrakı münasibətlərdə, ikitərəfli əlaqələrdə belə məsələləri mütləq nəzərə almalıdır:
"Düşmənlərimizlə dostluq edənlərlə məsafə saxlamaq barədə düşünməliyik. Üstəlik bütün dünya Rusiya, İran, Çin və Hindistan kimi pozucu ünsürlərlə mübarizə aparanda Dehlinin bu hərəkətini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıyıq”.

Qeyd edək ki, aprelin 25-də Ermənistana Hindistandan bir neçə təyyarə silah-sursat gətirilib. Həmin silahlar da Ermənistana İran vasitəsilə daşınıb.

Rüfət Sultan/qaynarinfo.az

Geri dön