Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə şairlər məclisi tətil edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Ərdəbildə şairlər məclisi tətil edilib

Ərdəbildə şairlər məclisi tətil edilib


2013-cü il yanvarın 28-də Ərdəbil şəhərinin şairlər məclisi tətil edilib.


Şairlər məclisi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin göstərişi əsasında Fərhəng və İrşad İdarəsi tərəfindən tətil edilib.

Buna səbəb məclis üzvlərinin bəzilərinin türk dilində şeir deməsi və türk dili şeirinə marağın artması göstərilir. Bu barədə “Savalan port” saytı məlumat yayıb.


Bütün bunlar o halda baş verir ki, bir müddət öncə Ərdəbilin İmamcüməsi guya ana dilinə olan bağlılığından və azərbaycanlıların ana dili hüququndan danışmışdır. Əgər bunlar təbliğ naminə deyilməyibsə, yəqin ki İmamcümənin şairlər məclisinin tətil edilməsinə reaksiyası (əksüləməl) kəskin olmalıdır.

Geri dön