Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yalan xəbərə qarşı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Yalan xəbərə qarşı

Yalan xəbərə qarşı


XXI əsrin informasiya əsri olacağı ilə bağlı verilmiş çoxsaylı proqnozlar özünü doğrultdu. Yeni əsrə qədəm qoyar-qoymaz elmi-texniki tərəqqi bizi yeni bir dünyaya atdi. Bu günkü dünyamız fərqli baxışlardan müxtəlif cür adlandırılsa da, ümumi bir ifadəsi var: İnformasiya texnologiyaları dünyası.
Belə bir dünyada xəbər hərbdən də güclüdür, iqtisadiyyatdan da, haqqdan da güclüdür, ədalətdən də. Hətta sərhəd tanımayan mədəniyyəti belə qəfəsə salır xəbər. İnformasiya dünyasında xəbər gücdür-silahdir. Bu savaşı udan tərəfə ordu da lazim deyil. İnformasiya-xəbər-reklam vasitəsilə bir ölkənin bütün bazarlarını ələ keçirmək, hətta iqtisadi asılılıq belə yaratmaq mümkündür. Bunlar gəlişigözəl sözlər deyil, hər birimizin yaşadıqlarımızdir. Sadəcə adı başqa cür qoyulub.
Psixoloqlar izah edirlər ki, insan birinci aldığı xəbəri daha asanlıqla qəbul edir və inanır. Əgər həmin xəbər doğru deyilsə, bunun yalan olmasını sübut etmək cox cətin olur və bəzən müşkülə cevrilir.
Bu səbəbdən də bir zaman hərbin hökm sürdüyü dünyada hərbi gücü əlində toplayan güc mərkəzləri, informasiya dünyasında da “xəbəri idarə etməyə” başlayıblar.
Bəli, xəbər artıq köhnə anlamını itirmişdir. Günümüzdə xəbər idarəolunan, yaradılan, öldürülən, böyüdülüb-kiçildilən, dəyişdirilən və bəzən kütləvi istehsal edilən bir məfhumdur. Bir toplum üçün ən önəmli bir xəbər elə idarə olunur ki, həmin toplumda az qala hər kəs üçün əhəmiyyətini itirmiş hala gəlir. Əvəzində isə yalan xəbərlər dalğası dünyanı ağuşuna alır.
Yalan xəbər istehsalı imperializmin ən güclü silahlarından biridir. Amerika kəşfiyyatının nüfuzlu nümayəndəsi Cozef Noi deyirdi ki: yumşaq güc beynəlxalq düşüncənin formalaşması deməkdir ki, bunun da ən önəmli vasitəsi mediyadır. Dünyanın mediya ilə idarə edilməsi silahla idarəetmədən çox ucuz başa gəlir. Və dünya üzərində daha çox təsirə malikdir.

Ölkəmizdə və bölgədə, xüsusən də millətimiz üçün ən çox diqqət etməli olduğumuz məsələ yalan xəbər bombardmanıdır. İmperialistlər tərəfindən ən üst səviyyədə hazırlanan və dövriyyəyə buraxılan, üzərimizə çökmüş ağır yalan xəbər buludunu dağıtmaq hər birimizin vəzifə borcumuzdur.
Təbii ki, milli mətbuatımız imperializm maraqlarına xidmət etmək istəmir. Düzdür, ölkəmizdə və bölgədə bu istiqamətdə konkret məqsədli olaraq yalan xəbərə xidmət edən mətbuat mövcuddur. Lakin əksər mediya sadəcə burulğana düşüb və yalan xəbər formatına xidmət edir.

Ən azından bir mediya olaraq onların istədiyini yox, öz suallarımızı verməliyik. Tək bunu bacarsaq yetər ki, sis buludu dağılsın və imperialistlər aydınlığın işığından qaçsın!

Geri dön