Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir


Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə gimnastlar fərdi proqramda mübarizə aparırlar.

Yarışda ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edirlər. Çempionatın üçüncü günündə gimnastlar lent və gürzlərlə proqramlarını nümayiş etdirirlər.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər. Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top ilə yarışlarda güclərini sınayacaqlar.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb.

Yarışa mayın 21-də yekun vurulacaq.

Geri dön