Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Səfir: ”Ermənistan dəfələrlə Pakistanla münasibət qurmağa cəhdlər göstərib”
Səfir: ”Ermənistan dəfələrlə Pakistanla münasibət qurmağa cəhdlər göstərib” |
Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarovun müsahibəsi:
- Daşqın bəy, Azərbaycan - Pakistan siyasi-iqtisadi və mədəni-sosial-humanitar əlaqələri necə qiymətləndirirsiniz? - Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olmuşdur ki, diplomatik münasibətlərin qurulduğu ilk gündən bu əlaqələr bütün istiqamətlərdə dinamik inkişaf etməkdədir. Ölkələrimiz beynəlxalq təşkilatlar səviyyəsində sıx əməkdaşlıq edir, bir-birlərinin mövqelərini qarşılıqlı dəstəkləyirlər. Siyasi əlaqələrimizin ən yüksək səviyyədə olduğu halda, əfsuslar olsun ki, iqtisadi-ticarət əlaqələri hələ də arzu olunan səviyyədə deyil. İki ölkə arasında birbaşa uçuşların olmaması, tranzit problemlərinin mövcudluğu, maliyyə köçürmələrində müşahidə edilən çətinliklər və bu kimi digər məsələlər iqtisadi əməkdaşlığın inkişafına mənfi təsirlərini göstərən amillərdəndir. Düşünürəm ki, ölkələrimiz arasında mövcud olan xoş məramın xalqlarımızın rifahının artırılmasına istiqamətləndirilməlidir. İqtisadi və ticarət münasibətlərinin inkişafı məsələləri 2012-ci ilin oktyabr ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı sammitində Pakistanın Prezidenti cənab A.Ə. Zardari ilə görüşlərdə əsas müzakirə mövzusu olmuşdur. İnanıram ki, bu görüşlər öz bəhrələrini verməkdədir. Sosial, mədəni və humanitar sahələrdə də əməkdaşlığımız vektoru müsbət istiqamətdə inkişaf etməkdədir. 2012-ci ildə, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda silsilə humanitar yardımlar proqramı icra olunmuşdur. Bu proqram çərçivəsində, kimsəsizlər evlərində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavar şəhəri serebral iflic institutunda və Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edilmiş, Kulsum İnternational klinikasında açıq ürəkdə əməliyyatlar aparılmışdır. Daha sonra, fond tərəfindən Peşavar qanköçürmə klinikası üçün müasir avadanlıq və laboratoriya ilə təchiz edilmiş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi alınmış, Xayber fondunun göz xəstəxanasının yeni binasının inşası üçün maddi yardım edilmişdir. Ramazan ayında Pakistanın bütün əyalətlərində yerləşən uşaq evlərində iftar süfrələri təşkil edilmiş, qurban bayramında isə şimal-qərb regionunda yüzlərlə iribuynuzlu qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqələrinə paylanılmışdır. 2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə zəlzələdən zərərçəkmiş Rara qəsəbəsində inşa edilmiş qızlar məktəbi cari ildə əsaslı təmir olunmuş, təhsil ocağının sahəsi 1 hektardan çox genişləndirilmiş və yenidənqurma işləri aparılmışdır. Bütün bunlara əlavə olaraq, ölkəmizin birinci xanımı tərəfindən məktəbin 5 əlaçı şagirdinə aylıq stipendiyalar ayrılmışdır. Qeyd etməliyəm ki, Pakistan tərəfinin təşəbbüsü ilə Rara hökumət məktəbinə Mehriban xanım Əliyevanın adı verilmişdir. Əlamətdar haldır ki, 2012 –ci ildə Pakistanda həyata keçirtdiyi humanitar layihələrə görə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistanın ən nüfuzlu qəzetlərindən olan və milyonlarla tirajla nəşr olunan “Daily Times” qəzeti və “Qadın Könüllülər təşkilati” tərəfindən “Humanizmin Simvolu. 2012-ci ilin adamı” mükafatı ilə təltif olunmuşdur. İslamabadın ən böyük Serena mehmanxanasında təşkil olunmuş təqdimetmə mərasimində bu mükafat Parlamentin sədri vəzifəsini icra edən Feysəl Kərim Kundu tərəfindən Azərbaycanın səfirinə təqdim edilmişdir. - Bu il qarşılıqlı səfərlər gözlənilirmi? - Bildirdiyim kimi, iki ölkələrimiz arasında münasibətlər həyatın bütün istiqamətlərini əhatə edir, və bu əlaqələri inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin rolu çox önəmlidir. 2013-ci ildə bir sıra ölkələrimizin dövlət, hökumət, qanunverici orqanları rəsmilərinin qarşılıqlı səfərlər gözlənilir. Bu səfərlərin tarixləri diplomatik kanallar vasitəsi ilə dəqiqləşdirilməkdədir. Ən yaxın gələcəkdə isə, cari ilin fevral ayında Azərbaycan Milli Məclisinin nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının parlamentlərarası iclasında iştirak etmək üçün İslamabad səfər edəcəkdir. -Son illər Pakistan mediasında ölkəmizlə bağlı xeyrinə məqalələr çap olunmaqdadır. Bu yazılar ölkə ictimaiyyəti tərəfindən necə qarşılanır? Xüsusilə, bu tipli yazılar necə effekt verir? - Çox xoş haldır ki, Pakistanın bütün aparıcı ingilis və urdu dilli qəzetləri -“Daily Times” “The News” “Pakistan Observer” “Janq”, “The Nation”, “Frontier Post”, ”Dawn” “Khabrian ” və digər nəşrlərdə Azərbaycan həqiqətləri haqqında məqalələr dərc edilməkdədir. Şübhəsiz ki, bu öz müsbət bəhrəsini verir. Artıq demək olar ki, bütün Pakistan xalqı, xüsusi ilə də ölkənin ziyalı təbəqəsi Ermənistan-Azərbaycan Dağlıq –Qarabağ problemi, Xocalı və 31 mart soyqırımı, Azərbaycanda gedən islahatlar, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın yaradılmasında müstəsna rolu haqqında məlumatlara malikdirlər. Eyni zamanda, Pakistan xalqının Azərbaycanlılara qarşı olan münasibəti əks etdirmək məqsədi ilə bu ilin yanvar ayında Səfirlik Azərbaycan Televiziyası, Azərtac və APA informasiya agentlərinin xüsusi nümayəndələrini İslamabada dəvət etmişdi. Ümidvaram ki, jurnalistlərin ölkəmiz haqqında hazırladığı reportajlar Azərbaycan tamaşaçı və oxucuları üçün maraqlı olmuşdur. - Pakistan Azərbaycanı Qarabağ məsələsində birbaşa müdafiə edən dövlətlərdən biridir. Yenidən Qarabağ müharibəsi başlayacağı təqdirdə, Pakistan Azərbaycana hansı formada kömək edə bilər? - Bilirsiniz ki, Pakistan torpaqlarımızı işğal etdiyi üçün bu günə kimi Ermənistanı dövlət kimi tanımayıb və bu dövlətlə heç bir münasibət qurmayıb. Məhz Pakistanın sədrliyi ilə 1992 –ci ildə keçirilmiş BMT-nin Təhlükəsizlik Şurasının iclasında Dağlıq-Qarabağa aid qətnamə qəbul edilmişdir. Ermənistan son iki ildə dəfələrlə Pakistanla münasibət qurmağa cəhdlər göstərib, lakin Pakistan dövləti bir mənalı şəkildə Azərbaycan torpaqlarının işğalına son qoyulandan sonra Ermənistanla münasibətlər qurula biləcəyini bildirib. Eyni zamanda, Pakistanın siyasi və hərbi rəhbərliyi Dağlığ-Qarabağ məsələsinin həlli üçün Azərbaycana hər bir vasitə ilə yardım etməyə hazır olduqlarını dəfələrlə bəyan etmişdirlər. - Siz həm də Azərbaycanın Əfqanıstanda səfirisiniz. Bu ölkə ilə əlaqələrimiz hansı səviyyədədir? - İki ölkələrimiz arasında çox səmimi dostluq münasibətləri qurulmuşdur. Azərbaycan sülhməramlıları İSAF qüvvələri tərkibində Kabil yaxınlığına fəaliyyət göstərir, Əfqanıstan silahlı qüvvələrinin inkişafı fonduna maliyyə yardımları edir, Əfqanıstanın inkişafına və regionda sülhün və əminamanlığın bərqərar olunması məqsədi ilə təsis olunmuş İstanbul Konfransının fəal üzvüdür. Bu proses çərçivəsində 14 iyun tarixində Kabil şəhərində keçirilmiş Asiyanın Qəlbi konfransında, Azərbaycan narkotiklərlə mübarizə və infrastrukturun təkminləşdirilməsi tədbirlərinə müvafiq olaraq Rusiya və Türkmənistanla birgə həmsədrlik etmək qərarını vermişdir. Məhz bu təşəbbüs çərçivəsində 25 Yanvar tarixində Bakıda narkotiklərlə mübarizə tədbirlər planına həsr edilmiş iclas keçirilmişdir. 06 Fevral tarixində isə Bakıda İstanbul Prosesinin Yüksək Səviyyəli Rəsmilərinin iclası keçiriləcəkdir. Buna əlavə olaraq Bakı, Əfqanıstana daşınan qeyri-hərbi yükləri üçün mühüm tranzit məntəqədir. Ölkəmizə məxsus SİLK WAY hava yollarının Kabil şəhərində nümayəndəliyi mövcuddur ki, bu şirkət yük daşımaları ilə məşğuldur. Söhbətləşdi: Elnur Eltürk/"Vətəninfo" Geri dön |