Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Birliyi İranda edam cəzasının olmasından narahatdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri > Avropa Birliyi İranda edam cəzasının olmasından narahatdır

Avropa Birliyi İranda edam cəzasının olmasından narahatdır


Avropa Şurasının xarici siyasət üzrə nümayəndəsi Kətrin Eşton, İran hökumətinin fəallara qarşı edam cəzası tətbiq etməsini pisləyib və hökuməti bu siyasətə son qoymağa çağırıb. İranda edam cəzasının ləğv edilməsi ilə bağlı Türkiyədə də etiraz aksiyaları keçirilib.

Türkiyənin paytaxtı Ankarada İran hökumətinin ərəbləri edam etməklə bağlı qərarlarına qarşı etiraz aksiyası keçiriblər. İran səfirliyi qarşısında baş tutan aksiyada iştrakçılar səfirliyin qarşısına qara çələng qoyublar. Fəallar “Edam cəzasına xeyir” - şüarları ilə İran hökumətini tənqid ediblər.Təhlükəsizlik qüvvələrinin nəzarəti altında baş tutan aksiyada edam cəzasının ləğv edilməsi tələb olunub. Mətbuat bəyannaməsi səsləndirən etirazçılar İranın 18 yaşında gənc olan insanlara edam cəzası tədbiq etməsini insanlığa sığmayan hərəkət adlandırıblar. Qeyd edək ki, İran hökuməti edam cəzasını 9 yaşa qədər endirib.

Edam cəzasına məhkum olunan 5 ərəblə bağlı narahatlıq hissi keçirdiyini bildirən Avropa birliyinin Xarici Siyasət Üzrə ali nümayəndəsi Kətrin Eşton qeyd edib ki, sözügedən məhkumların məhkəmədə ədalətli mühakimə olunub olunmaması şübhəlidir. Onun sözlərinə görə, məhkumlar müxtəlif işgəncələrlə etmədikləri günahları öz boyunlarına götürməyə məcbur ediliblər. Əşton İran hökumətindən fəallarla bağlı verdiyi qərarını dəyişdirməsini və yüngülləşdirilməsini tələb edib. Sözügedən məhkumlar ötən il terrorizmlə əlaqəli olduğu iddia edilən, ölkədə fəaliyyəti qadağa olumuş mədəni institutlardan biri ilə əməkdaşlıq etməkdə ittiham olunurlar. İran məhkəməsi bu ilin əvvəlində onlara ölüm hökmü çixarmışdı.

Geri dön