Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident İlham Əliyev: Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Prezident İlham Əliyev: Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur

Prezident İlham Əliyev: Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur


Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca amillərdəndir.

Bu fikirlər Prezident İlham Əliyevin Gürcüstan Prezidenti xanım Salome Zurabişviliyə ünvanladığı təbrik məktubunda yer alıb.

26 May – Müstəqillik Günü münasibətilə Salome Zurabişvilini və dost Gürcüstan xalqını təbrik edən dövlətimizin başçısı bildirib: “Bu gün ölkələrimizin rifahına və regionumuzun çiçəklənməsinə xidmət edəcək qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı və yeni məzmunla zənginləşməsi, tərəfdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkanlar var.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə Azərbaycan-Gürcüstan ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da genişlənməsinə nail olacağıq”.

Geri dön