Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Böyük Öndər Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
Böyük Öndər Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. |
Azərbaycanın Milli Qurtuluş Hərəkatının ideoloqunun həyat və fəaliyyətinin xronologiyası
Neçə illərdir ki, Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı araşdırmalar aparıram. Hər dəfə tədqiq etdikcə yeni məlumat və faktlarla rastlaşıram. Bu bir daha təsdiqləyir ki, Rəsulzadənin həyatının hər anı Azərbaycanla, onun istiqlalı və azadlığı ilə bağlı olub. Bunu nəzərə alıb Rəsulzadənin həyat və fəaliyyəti haqda ensiklopedik xarakterli böyük həcmli bir kitabı nəşrə hazırlamışam. Bu kitab həm də Türkiyə, Almaniya, Polşa, Rusiya və Qazaxıstanda apardığım tədqiqatların yekunudur. Təbii ki, zaman ötdükcə, imkanlar genişləndikcə bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin daha yeni məqamları arxivlərdən tapılıb ictimaiyyətə çatdırılacaq. Hazırladığım kitabdan bir hissəni Rəsulzadənin anadan olmasının 128-ci ilində 31 yanvar günündə təqdim edirəm. 1884, 31 yanvar - Novxanı kəndində anadan olub 1901-1903 - Bakıda Sultan Məcid Qənizadənin əsasını qoyduğu və müdirlik etdiyi II rus-müsəlman məktəbində, sonra isə Bakı Texniki Məktəbində rus dilində təhsil alıb 1903 - Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradır 1903, 2 may - “Şərqi-Rus” qəzetində ilk məqaləsi çap edilir 1904 - Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial-Demokrat Təşkilatının yaradıcılarından olur 1904 - Rəsulzadənin redaktorluğu ilə “Hümmət” qəzeti nəşr edilir 1906 - “Dəvəti-Qoç” və “Dəvət” qəzetlərində yazısı çap edilir 1906, 5 yanvar - “İrşad” qəzeti ilə əməkdaşlıq edir 1906, 16 dekabr - “Təkamül” qəzetində yazısı çap edilir 1907 - Üzeyir Hacıbəylinin tərtib etdiyi “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin ”Türki-rusi və rusi-türki lüğəti" kitabının redaktoru olur 1907 - A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını Azərbaycan dilinə tərcümə edib “Orucov qardaşları” mətbəəsində çap etdirir 1907 - Bolşeviklərin məqsədləri ilə, onların Rusiya imperiyasının sərhədlərini saxlamaq istəyi ilə razılaşmayıb RSDFP-dən uzaqlaşır, rus müstəmləkə üsul-idarəsinə qarşı, milli istiqlal hərəkatının təməl daşlarını qurmağa başlayır 1907, 22 avqust - “Yoldaş” qəzetində məqaləsi çap edilir 1907, 12 oktyabr - “Füyuzat” jurnalında “Həsbi-hal” şeiri çap edilir 1908, 7 aprel - “İrşad” qəzetinin müvəqqəti redaktoru olur 1908, avqust - Təbrizə gedib məşrutəçilərlə görüşür 1908, 19 avqust - “Tərəqqi” qəzetində “İrana dair, Təbriz əhvalatı” başlıqlı yazısı çap edilir 1908, 16 sentyabr - Bakıya qayıdır, “Tərəqqi”də “Cümə məktəbi” yazısını çap etdirir 1908 - “Nicat” maarif cəmiyyətinin sədri olur 1908, 5 dekabr - “Qaranlıqda işıqlar” adlı ilk pyesi tamaşaya qoyulur 1908 - əmisi qızı Ümbülbanu xanımla ailə qurur 1909, 18 mart - çar Rusiyası tərəfindən təqib edilir. “Tərəqqi”nin müxbiri kimi həm də İran inqilabçılarına dəstək üçün İrana, Rəştə gedir. O, İrana “Russkoye slovo” qəzetinin (1895-1917-ci illərdə Moskvada gündəlik nəşr edilib) xüsusi müxbiri olan Todorov və onun xanımı ilə birgə gedir. Təbriz, Ərdəbil, Mərənd və Tehranda olur. “Tərəqqi”də “İran məktubları” yazısını çap etdirir 1909, 23 avqust - Tehranda Avropa tipli “İrani-Nov” (“Yeni İran”) qəzetini nəşr edir 1910, sentyabr - İran Demokrat Partiyasının yaradıcılarından biri olur 1910 - Tehranda farsca “Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi” əsəri çap edilir 1911 - Ərdəbildə farsca “Səadəti-bəşər” kitabı çap edilir 1911, iyun - çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və İran məşrutə hərəkatının məğlub olması üzündən yaxın dostu Seyid Həsən Tağızadə ilə birgə İranı tərk edir. İrandan getməyinin bir səbəbi də onun “İrani-Nov” qəzetində məşhur Amerika milyonçusu Morqan Susterlə nəşr etdiyi siyasi müsahibə olur. Bundan sonra Rusiya səfirliyi ona təzyiq göstərir 1911, iyun-iyul - İstanbula gedir. Az sonra orada fəaliyyətə başlayan “Türk yurdu” jurnalı, “Türk ocağı” təşkilatı ilə sıx əməkdaşlıq edir 1911, oktyabr - Rəsulzadənin dostlarına məktublardakı fikirləri də əsas götürülərək Bakıda Məhəmməd Əli Rəsuloğlu, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə tərəfindən Müsəlman Demokrat Partiyası - Müsavat qurulur 1911 - Rəsulzadənin “Türk yurdu”nda, az sonra “Səbilür-Rəşad” məcmuəsində “İran türkləri” əsəri çap edilir 1912 - C.Əfqaninin “Milli birlik fəlsəfəsi” əsərini farscadan çevirib “Türk yurdu”nda çap etdirir 1913 - Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlamadan sonra Bakıya qayıdır 1913, 28 aprel - “İqbal” qəzetində “Təzə kitablar” adlı yazısı çap edilir, yenidən ictimai-siyasi, mətbu fəaliyyətə başlayır 1913 - Müsavat Partiyasının fəaliyyətini gücləndirir, təşkilata ümumi rəhbərlik edir 1913, 15-22 iyun - “Şəlalə” jurnalında “Asan dil - yeni lisan” məqaləsi çap edilir 1914 - “İqbal” qəzetinin baş redaktoru olur 1914, 12 aprel - “Bəsirət” qəzetinin ilk sayında məqaləsi çap edilir 1914, 16 sentyabr - “Dirilik nədir?”, “Milli dirilik” başlıqlı yazıları “Dirilik” jurnalında çap edilir 1915, 19 may - “Yeni iqbal” qəzetində Qars və Ərdəhandan olan türklərə yardım və onların hüquqlarının müdafiəsi məqsədli yazısına görə Bakı şəhər rəisinin əmri ilə şəhər dəftərxanasına çağırılaraq həbs edilir. “Yeni iqbal”ın 13-cü sayında onun məqaləsi çap ediləcək yer boş qalıb. Onun həbsi haqda “Yeni iqbal” qəzetinin 1915-ci il, 24 may sayında (N23) məlumat var 1915, 2 oktyabr - “Açıq söz” qəzeti onun redaktorluğu ilə nəşrə başlayır. Bu qəzet türk ədəbi ləhcəsi ilə çap edilən ilk qəzet olur 1917, 15-20 aprel - Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında çıxış edir, müsəlmanlara ərazi muxtariyyəti verilməsi ideyasını irəli sürür 1917, 1-11 may - Moskvada keçirilən Ümumrusiya müsəlmanlarının qurultayında iştirak edir və irəli sürdüyü “ərazi muxtariyyəti” ideyası qurultayda 271 səsə qarşı 446 səslə qəbul edilir 1917, may - Bakıda onun redaktorluğu ilə “Qardaş köməyi” jurnalı çap edilir 1917, 17 iyun - lideri olduğu Müsavatla Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Türk-Ədəmi-Mərkəziyyət Partiyasının birləşmə qurultayı keçirilir. Rəsulzadə birləşmiş təşkilatın sədri seçilir 1917, 22 oktyabr - Bakı Şəhər Sovetinə keçirilən seçkilərdə Müsavat Partiyası 25 min seçicidən 10 min nəfərinin səsini alıb nüfuzunu təsdiq edir 1917, 26-31 oktyabr - Bakıda Müsavat Partiyasının I qurultayı keçirilir və Rəsulzadə partiya sədri seçilir 1917, 18 noyabr - Bolşeviklər Müsavatın Bakı Şəhər Sovetinə seçkilərdəki qələbəsini ləğv edir 1917, 26-28 noyabr - Zaqafqaziyada Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavat müstəqil demokratik qrupla birgə (Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və s.) seçkidə Zaqafqaziya üzrə 615.816 (26,9%) səslə ikinci yeri tutur. Birinci yeri 1% səs çoxluğu ilə gürcü menşevikləri tutur 1918, 23 fevral - Tiflisdə Zaqafqaziya Seyminin ilk toplantısı keçirilir və Müsavat fraksiyasının (30 nəfərlə) lideri təsdiq edilir 1918, 1 aprel - ermənilərin və bolşeviklərin törətdiyi 31 mart soyqırımı ilə bağlı Zaqafqaziya Seymində sərt çıxış edir və ciddi münasibət bildirilməsini tələb edir 1918, 14-15 may - Zaqafqaziya nümayəndə heyətinin tərkibində Batuma gedir və regionun siyasi gələcəyi ilə bağlı Almaniya və Türkiyə hökuməti təmsilçiləri ilə mürəkkəb danışıqlar aparır 1918, 27 may - Zaqafqaziya Seyminin mayın 26-da özünü buraxması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə bağlı Seymin azərbaycanlı üzvləri Azərbaycanın idarə olunmasını üzərinə götürən Azərbaycanın Müstəqil Milli Şurasını yaradırlar. Gizli səsvermə ilə (24 nəfərin iştirakı ilə 2 nəfər əleyhinə olmaqla) 22 səslə Milli Şuranın sədri seçilir 1918, 28 may - Azərbaycan Milli Şurası 6 bənddən ibarət Azərbaycan İstiqlal Bəyannaməsini qəbul edir 1918, 4 iyun - Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında ilk dostluq müqaviləsi imzalanır. Müqavilənin IV maddəsində Osmanlı hökumətinin Azərbaycana silahlı yardım göstərmək haqqının olduğu qeyd edilir. Müqaviləni Azərbaycan hökuməti adından Rəsulzadə və Məhəmməd Hacınski imzalayır 1918, 17 iyun - Azərbaycan Milli Şurası ilhaqçıların təsirini azaltmaq, Nuru Paşa ilə münasibətləri pozmamaq, Azərbaycanın istiqlaliyyətini qorumaq məqsədilə öz fəaliyyətini dayandırır 1918, 18 iyun - Rəsulzadənin başçılıq etdiyi diplomatik heyət (A.Səfikürdski və X.Xasməmmədov) İstanbula Mərkəzi Avropa dövlətlərinin (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) yeni yaradılmış Qafqaz dövlətləri ilə əməkdaşlığı çərçivəsində konfransa gedir 1918, 26 iyun - Türkiyədə nəşr edilən “Təsviri-əfkar” qəzetində “Azərbaycan nümayəndə heyəti” başlıqlı yazıda Rəsulzadə ilə geniş mülakat verilir. Qəzetdə çap edilən fotonun altında isə Rəsulzadənin rəhbərliyində Xəlil Xasməmədov, Aslan bəy Səfikürdski və Əhməd bəydən ibarət Azərbaycan hökuməti nümayəndələrinin 25 iyunda İstanbula getdiyi bildirilir. Qəzetdə verilən təqdim yazısında Rəsulzadənin bir neçə il öncə İstanbulda olduğu və burada olarkən “Təsviri-əfkar” qəzetinin “İslam aləmi üzrə müxbiri” olduğu da qeyd edilir 1918, 22 iyul - İstanbulda nəşr edilən “Vakit” qəzetində “Kafkasya işləri: Rəsulzadə Mehmet Emin beyin beyanatı” başlıqlı yazı çap edilir 1918, 3 sentyabr - “Vakit” qəzetində Rəsulzadə başda olmaqla Azərbaycan nümayəndə heyətinin fəallığı ilə keçirilən tədbir haqda “Azərbaycan haqqında konfrans” başlıqlı yazı çap edilir 1918, 23 sentyabr - “Vakit” qəzetində Rəsulzadənin Almaniya və sovet Rusiyası arasında neft qarşılıqlı anlaşmasına və Bakının Azərbaycana aid olmadığına etiraz olaraq Almaniya səfir vəkili Konta (Valdeburqa) bir nota verdiyini bildirən “Azərbaycanın Almaniya hökumətinə notası” adlı yazı çap edilir 1918, avqust - İstanbulda olarkən İran konsulluğuna Azərbaycanın müstəqilliyi haqda bəyannamə göndərir. Konsulluq əməkdaşları isə Azərbaycan adlı dövləti tanımadıqları haqda məktubu geri qaytarır 1918, sentyabr - Rusiya və Almaniya arasında Azərbaycanın müstəqilliyini şübhə altına alan Brest-Litovsk sazişinə əlavə olunan 27 avqust razılaşmasına etiraz edir və Almaniyanın İstanbuldakı səfirinə etiraz bəyanatını çatdırır. “İqdam” qəzetində çıxış edir, “Bakısız Azərbaycan başsız bədəndir” deyir 1918, 6 sentyabr - Azərbaycanın xarici işlər naziri M.Hacınskiyə yazdığı məktubda Bakının azad edilməsinin həyati əhəmiyyət daşıdığını bildirir 1918, 15 sentyabr - Türkiyənin hərbi naziri Ənvər Paşa ona zəng edib Bakının alınmasını - Qurtuluş xəbərini verir 1918, oktyabrın sonu - İstanbuldan Bakıya qayıdır 1918, 16 noyabr - Rəsulzadənin rəhbərliyi ilə Milli Şuranın Bakıda ilk toplantısı keçirilir və Azərbaycan xalqına müraciət qəbul edilir 1918, 19 noyabr - Milli Şura Azərbaycan parlamentinin yaradılması haqda qanun qəbul edir 1918, 7 dekabr - Azərbaycan parlamentinin açılışında ilk çıxış edir. Məşhur “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərini ilk dəfə orada səsləndirir. Parlamentdə ən güclü sayılan “Müsavat” fraksiyasına başçılıq edir. Parlamentdə iki komissiyada - Müəssisələr Məclisini çağırmaq və Maliyyə büdcə komissiyasında təmsil olunur 1919, 14 aprel - parlamentin 29-cu iclasında çıxış edib ermənilərin iddialarını rədd edir, Qarabağın Azərbaycan ərazisi olduğunu bildirir 1919, 15 noyabr - Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti təsis edilir, burada tarix-filologiya fakültəsində Osmanlı ədəbiyyatı tarixindən mühazirələr oxuyur 1919-1920 - parlamentdə fəal çıxış edir. 114 iclasın 60-da çıxış edir 1919, 2-12 dekabr - Müsavat Partiyasının II qurultayı keçirilir. Rəsulzadə partiyanın sədri seçilir 1920 - Bakıda “Azərbaycan” qəzetinin hökumət mətbəəsində Rəsulzadənin “Azərbaycan təşəkkülündə Müsavat” kitabı nəşr edilir 1920, 27 aprel - parlamentin son iclasında çıxış edir, bolşeviklərin təslimçilik xarakteri daşıyan ultimatumunu rədd edir. Elə həmin gecə onun məsləhəti ilə Müsavatın gizli mərkəzi yaradılır 1920, may - bolşeviklər Azərbaycanı işğal edəndən sonra təqib olunduğundan əvvəl Ramanada gizlənir, sonra isə Lahıca gedib orada qalır, məşhur “Əsrimizin Siyavuşu” əsərini yazır 1920, 17 avqust - Göyçay qəzasının Qaraməryəm kəndində bolşeviklər onu həbs edib Bakıya gətirir 1920, noyabr - Stalin Bakıya gəlir və Rəsulzadəni həbsdən azad edib Moskvaya aparır 1920-1922 - Moskvada ümumi nəzarət altında yaşayır. Stalinin başçılıq etdiyi Millətlər Komissarlığının “Jizni natsionalnostey” (“Millətlərin həyatı”) jurnalı ilə əməkdaşlıq edir, bir müddət Şərq Dilləri İnstitutunda fars və rus dillərini tədris edir 1922, iyun-iyul - elmi ezamiyyət adı ilə Sankt-Peterburqa, oradan isə Finlandiyaya gedir. 15 gün fin əsgərlərinin nəzarətində qalır, bir müddət Helsinkidə yaşayır, oradan isə Fransaya gedir ...1955-ci il, 6 mart - Ankarada 71 yaşında həyata göz yumur, “Əsri” məzarıstanlığında dəfn edilir. Nəsiman YAQUBLU Geri dön |