Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda 2026-cı ilin sonuna kimi 1,8 QVt gücündə alternativ enerji layihələri həyata keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanda 2026-cı ilin sonuna kimi 1,8 QVt gücündə alternativ enerji layihələri həyata keçiriləcək

Azərbaycanda 2026-cı ilin sonuna kimi 1,8 QVt gücündə alternativ enerji layihələri həyata keçiriləcək


Azərbaycanın 2026-cı ilin axırına kimi alternativ enerji sahəsində (külək və günəş enerjisi) reallaşdırılacaq layihələr çərçivəsində əlavə 1 mlrd. kubmetr həcmində qaz ixrac üçün qənaət edilə bilər.

Bunu 28-ci Bakı Enerji Forumu zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 2026-cı ilin axırına kimi 1,8 QVt gücündə alternativ enerji sahəsində layihələr həyata keçiriləcək.

Nazir əlavə edib ki, 2030-cu ildə qeyd olunan göstərici 5 QVt-ta çatacaq və bu da böyü "yaşıl enerji" potensialı deməkdir.

Pərviz Şahbazovun sözlərinə görə, Azərbaycanın bu sahədə göstərdiyi səylər Xəzər regionunun "yaşıl enerji" mərkəzinə çevrilməsi üçün zəmin yaradacaq: "İlkin mərhələdə bu gücün 4 QVt-ın Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya, 1 GVt-ın isə Naxçıvan vasitəsilə Türkiyə və Avropaya ixracı nəzərdə tutulur. Enerji Həftəsi çərçivəsində biz əlavə 3 MVt bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutan Memorandumlar imzalayacağıq".

Geri dön