Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Məhkəmə-Hüquq Şurasına yeni üzvlər seçilib
Məhkəmə-Hüquq Şurasına yeni üzvlər seçilib |
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanunu məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə təkmilləşdirilib.
Məhkəmə Hüquq Şurasından verilən xəbərə görə, şurada icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, hakim üzvlərinin sayı artırılmış, habelə hüquqşünas alimin və hüquq ictimaiyyətinin nümayəndəsinin təmsil olunması nəzərdə tutulub. Eyni zamanda, Məhkəmə-Hüquq Şurasının formalaşmasının yeni qaydası, o cümlədən onun hər məhkəmə instansiyasından 3 hakim olmaqla, 9 hakim üzvünün və hüquq ictimaiyyətinin nümayəndəsinin Hakimlərin Konfransı tərəfindən seçilməsi müəyyən olunub. Bu məqsədlə, cari ilin iyun ayının 21-də qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfrans öz işinə başlayıb. Konfransı təmsil olunan nümayəndələr sırasından ən qocaman hakimi açaraq konfransın işinə uğurlar arzulanıb. Konfransda ilk növbədə işin təşkili ilə bağlı məsələlərə baxılıb, iştirakçılar tərəfindən konfransa sədrlik edən şəxs müəyyən edilib, hesablama komissiyasının sədri və üzvləri seçiliblər. Daha sonra Ali Məhkəmə, apellyasiya və birinci instansiya məhkəmələrinin konfransda təmsil olunan nümayəndələri tərəfindən ayrı-ayrılıqda Məhkəmə-Hüquq Şurası üzvlüyünə namizədlər irəli sürülmüşdür. Konfransda təklif olunan namizədlər ətrafında müzakirələr aparılaraq, qanunda nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə seçkilər keçirilmişdir. Seçkilərin nəticələrinə əsasən Ali Məhkəmənin sədri İnam Kərimov, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərov və Mülki kollegiyasının sədri Sənan Hacıyev, apellyasiya instansiya məhkəmələri üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev və birinci instansiya məhkəmələri üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov, Lənkəran Rayon Məhkəməsinin sədri Kamran Süleymanov və Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əliyev Məhkəmə-Hüquq Şurasının üzvü seçiliblər. Həmçinin, konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib. Bununla da Hakimlərin Konfransı öz işinə yekun vurub. Geri dön |