Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ermənistan Bakıya yenidən savaş elan edir - İrəvandan QONDARMA QƏRAR
Ermənistan Bakıya yenidən savaş elan edir - İrəvandan QONDARMA QƏRAR |
44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil edildiyi və həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərcləndiyi ilə bağlı rəsmi Bakının əlində kifayət qədər faktlar var.
Doğrusu Ermənistan tərəfinin istər Vaşinqton, istər Brüssel, istərsə də Moskva görüşləri zamanı rəsmi Bakı ilə sülh danışıqlarındakı müsbət mesajları yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin sürətlə normala dönüşünə imkan verəcəyi ümidlərini artırmışdı. Amma təəssüflər olsun ki, Ermənistan hakimiyyəti son sülh danışıqlarının hər birində açıq-aşkar dünyanın gözü qarşısında bəyan etsə də ki, "Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır", lakin rəsmi İrəvan bunu əməlində göstərmir ki, göstərmir. Üstəlik, bu azmış kimi Ermənistan tərəfi yeni absurd qərarla da diqqət mərkəzinə düşüb. Bu gün Ermənistan hakimiyyəti hökumətin iclasında qərar qəbul edib ki, Qarabağdakı separatçılara əlavə 7,4 milyon dollar ayıracaq. Bu vəsait 2023-cü ilə qədər təxminən 350 milyon dollar həcmində nəzərdə tutulan illik kreditə əlavə olaraq veriləcək. Bölgədə sülhdən, sabitlikdən beynəlxalq tərəfdaşları ilə, üçtərəfli-dördtərəfli görüşlərdə ağızdolusu danışan Ermənistan rəhbərliyinin bu addımı növbəti dəfə Azərbaycana qarşı ərazi iddiası, ərazi suverenliyinə təhdiddən başqa bir şey deyil. Qərardan belə anlaşıldı ki, rəsmi İrəvan hər vəchlə Azərbaycanın ərazi bütövlüyünə ciddi təhdid hesab edilən qondarma rejim qalıqlarının bölgədə varlığını qoruyub saxlamaq, onların mövcudluğunu təmin etmək niyyətindədir. Ermənistanın bu maliyyə yardımının Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki separatçıların Azərbaycana qarşı terror əməlləri üçün nəzərdə tutulduğu zərrə qədər də istisna edilmir. Çünkü Ermənistanın bir başqa ölkənin legitim ərazisində hələ də mövcud olan qeyri-qanuni silahlı dəstə başçılarının rəhbərlik etdiyi rejimə maliyyə göndərməsinin başqa adı yoxdur. Rəsmi İrəvanın bu addımını digər adla belə də adlandırmaq olar: Azərbaycanla sülh danışıqlarını dayandırmaq məqsədi ilə verilən qərar! Demək ki, Ermənistan bu zamana kimi heç bir sülh danışığında səmimi olmadı, bölgədə sabitliyin təmin olunmasında İrəvanın zərrə qədər də marağı yox imiş. Konkret desək, Ermənistan sülh istəmir. Bu, Ermənistanın Azərbaycana qarşı növbəti müharibə qərarıdır! Lakin Nikol Paşinyan hakimiyyəti qeyri-səmimi olduğunu nümayiş etdirən bu cür qərardan sonra bir məsələni də mütləq nəzərə almalıdır: BMT Baş Assambleyasının 9 dekabr 1999-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya və bu halların qarşısının alınmasına yönəlmiş, onun bütün təzahürlərini pisləyən digər beynəlxalq hüquqi sənədlər mövcuddur. Xüsusilə, yuxarıda adı çəkilən konvensiyada aydın şəkildə göstərilir ki, “Assambleya bütün dövlətləri müvafiq daxili tədbirlər görmək vasitəsi ilə terrorçuların və terror təşkilatlarının maliyyələşdirilməsinə, terror məqsədləri üçün nəzərdə tutulduğu şübhə doğuran vəsaitlərin hərəkətlərinə mane olmaq və onun qarşısını almaqdan ötrü tənzimləmə tədbirləri görülməsi məsələsini, bu zaman qanuni kapitalın hərəkət azadlığını qətiyyən pozmadan və belə vəsaitlərin beynəlxalq hərəkəti barədə informasiya mübadiləsini fəallaşdırmaqla nəzərdən keçirməyə çağırır. Beləliklə, terrorizmin gizli maliyyələşdirilməsi, silah alışı və s. ilə mübarizə aparmaq BMT-nin üzvü olan bütün ölkələrin vəzifəsidir. Dünyanın müxtəlif ölkələrinin müvafiq strukturlarının xüsusi diqqət tələb edən maliyyə nəzarəti beynəlxalq terrorizmə, Qarabağdakı separatçılara və düşmənçiliyin qızışdırılmasına müxtəlif erməni fondları tərəfindən maliyyələşdirməsinin qarşısını ala bilər. Bu səbəbdən də Azərbaycanın bütün beynəlxalq hüquqla da, öz konstitutsiyası ilə də tam haqqı var ki, ərazisində terrorizmi, separatçılığı təbliğ edənləri, ona təşviq edənləri cəzalandırsın. Ermənistan rəhbərliyi və eləcə də onlara hamilik edən havadarları Prezident İlham Əliyevin ötən ay verdiyi mesajları unutmazdılar. Çünkü Azərbaycan Prezidentinin xəbərdarlıqlarına nə vaxt Ermənistan tərəfi məhəl qoymayıbsa, bunun cəzasın mütləq çəkib. Gərək rəsmi İrəvan qulağında sırqa etsin ki, Azərbaycan lideri heç bir sözü söz xatirinə demir. 44 günlük müharibədən öncə də, ondan sonra da bir çox hadisələr bunu təsdiq edir. Əgər Nikol Paşinyan və komandası unudubsa, o zaman bir daha xatırladaq: Prezident İlham Əliyev mayın 28-də Laçında bu şəhərin öz yurd-yuvalarına qayıdan ilk sakinləri qarşısında çıxış edərkən Qarabağ ermənilərindən separatçı strukturları ləğv etməyi və Azərbaycan qanunlarına tabe olmağı tələb etdi. Qarabağ bölgəsində yaşayan ermənilər aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasından nəticələr çıxarmalıdırlar. Dövlət başçısı Qarabağdakı separatçıların və onların boş-boş vədinə inanan ermənilərin "müstəqillik" xülyasının bitdiyini də açıq-aşkar o zaman bəyan etdi:“Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”. Prezident İlham Əliyev həmin çıxışı zamanı onlar üçün qalan yeganə yolu da açıqladı. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və “parlament”i buraxmaqdır. Lakin biz Azərbaycan liderinin bu bəyanatları fonunda Ermənistan hakimiyyətinin yenidən revanşa rəvac verən addımlarına şagidlik edirik. Rəsmi İrəvanın Qarabağdakı qondarma rejim qalıqlarına müxtəlif saxta adlar altında ümumilikdə təkcə 2023-cü ildə ümumilikdə 350 milyon dollara yaxın vəsait ayırmağı planlaşdırması bütün bu deyilənlərin təsdiqidir. Bu da Ermənistanın növbəti dəfə yenə də saxtakarlıq cəhdi, yenə də öz mövqeyini dəyişmək planından başqa bir şey deyil. Amma görürük ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət alan Ermənistan sülhdən qaçmağa çalışır. Lakin rəsmi İrəvan anlamır ki, Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf Azərbaycandır, danışıqlar masasında güclü mövqeyə sahib olan da Azərbaycan tərəfidir, sərhəddə güclü mövqelərə sahib olan da məhz yenə Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, Azərbaycan təhlükəsizliyini təmin edib, rahat yaşaya biləcək. Bundan ən çox əziyyəti yenə Ermənistan çəkəcək, yenə Ermənistan bugünkü səhvlərinin bədəlini üzərində çox ciddi şəkildə hiss edəcək. Naxçıvana Zəngəzur dəhlizinin açılması və qondarma rejim qalığının qeyri-qanuni silahlı bölmələrinin Qarabağdan çıxarılması sülh yolu ilə nizamlanmanın əsas şərtlərindəndir. Yaxşı olar ki, Nikol Paşinyan başda olmaqla, Ermənistan hərbi-siyasi rəhbərliyi nə qədər ki, gec deyil, növbəti sülhdən qaçmanın onlar üçün hansı fəsadlara gətirib çıxaracağını düzgün analiz etsinlər. Əks təqdirdə rəsmi Bakı Ermənistanın gözünün yaşına baxmayacaq. Geri dön |