Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Dövlət Neft Fondu 2022-ci il üzrə hesabatını təqdim edib
Dövlət Neft Fondu 2022-ci il üzrə hesabatını təqdim edib |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə fəaliyyətini, “Praysvoterhauskupers Audit Azərbaycan” şirkəti tərəfindən maliyyə fəaliyyətinin auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.
ARDNF-nin 2022-ci il üzrə illik hesabatında Fondun idarəetmə və şəffaflıq prinsipləri, insan kapitalına töhfəsi, ARDNF-nin ölkə iqtisadiyyatındakı rolu, 2022-ci il büdcəsinin icrası, habelə, investisiya strategiyasının mahiyyəti, investisiya portfelinin ümumi vəziyyəti və gəlirliliyi, Fondun beynəlxalq əməkdaşlıqları barədə məlumatlar, risklərin idarə edilməsi çərçivəsi, eləcə də Suveren Fondlar üçün Ümumi Qayda və Prinsiplərin (Santyaqo Prinsiplərinin) icrası üzrə qiymətləndirmə və ARDNF-nin konsolidasiya edilmiş maliyyə hesabatları öz əksini tapıb. ARDNF-nin 2022-ci il üzrə illik hesabatı: https://oilfund.az/report-and-statistics/get-download-file/7_2022_tam.pdf Geri dön |