Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat, Türk dünyası-Turan > May ayında Türkiyədə Azərbaycan kapitalı ilə 100-dən çox şirkət qeydiyyata alınıb
May ayında Türkiyədə Azərbaycan kapitalı ilə 100-dən çox şirkət qeydiyyata alınıb |
2023-ci ilin may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 111 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 şirkət azdır.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib. Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 109,5 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 42,4 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib. TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin may ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (97) qeydiyyata alınıb. “İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 101,6 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər. Qeyd olunub ki, 2023-cü ilin may ayında Türkiyədə Azərbaycan kapitalı ilə 59 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. Məqalədə: Geri dön |