Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb |
İyulun 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə, iki qardaş ölkənin parlament sədrləri arasında təkbətək görüş olub. Sonra TBMM-in sədri Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Parlamentdən verilən məlumata görə, Spiker Sahibə Qafarova Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, TBMM sədrini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da sevinclə qarşılandığını qeyd edib. Milli Məclisin sədri bildirib ki, bu seçkilərdə Milli Məclisin deputatları da müşahidəçi qismində təmsil olunublar. Spiker vurğulayıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Sahibə Qafarova Vətən müharibəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalandığını xatırladaraq, deyib ki, bu sənədin imzalanması ilə bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu. Milli Məclisin sədri dövlətlərimizin və xalqlarımızın xoş gündə də, çətin gündə də bir-birinin yanında olduğunu qeyd edərək, Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının Türkiyəyə öz qardaş dəstəyini göstərməklə bunu bir daha sübut etdiyini diqqətə çatdırıb. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edildiyini xatırladan Milli Məclisin sədri, həmin vaxt Türkiyədə seçki dövrü olmasına baxmayaraq, parlamentin may ayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş iclasında Türkiyə nümayəndə heyətinin iştirak etməsini yüksək dəyərləndirib. Spiker deyib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da geniş əlaqələr qurulub. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Parlamentlərimizin komitələri, dostluq qrupları arasında da sıx əlaqələr mövcuddur. İnanırıq ki, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında Saziş münasibətlərimizin inkişafına öz töhfəsini verəcəkdir. Bu saziş Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizmdir. Görüşdə spiker Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, sülh prosesinin gedişi barədə də məlumat verib. O, Ermənistanın mövcud reallıqları nəzərə alacağına və Azərbaycanın sülh təşəbbüsünü dəyərləndirəcəyinə inamını ifadə edib. Azərbaycana TBMM sədri kimi ilk səfərindən məmnunluğunu bildirən Numan Kurtulmuş qardaş Azərbaycan dövlətinin və xalqının mühüm bir tarixi dövr yaşadığını diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etməsi tarixi zəfərdir və Cənubi Qafqaz regionunda bu ölkənin gücünün göstəricisidir. Numan Kurtulmuş qeyd edib ki, bu gün Türkiyə də mühüm hədəflərə doğru irəliləməkdədir və 100 ildə böyük inkişaf yolu keçib. TBMM sədri bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyini yüksək qiymətləndirib. Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb. Görüşdən sonra nümayəndə heyətləri xatirə şəkli çəkdiriblər. Geri dön |