Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin Bəyanatı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasi partiyalar, Qərbi Azərbaycan-İrəvan > Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin Bəyanatı

Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin Bəyanatı


Son günlər mətbuatda və sosial şəbəkələrdə Azərbaycan “xalq yazıçısı” kimi tanıdığımız Əkrəm Əylislinin “roman” adlandırdığı yazıları, hər bir Azərbaycanlı kimi Qərbi Azərbaycandan olan və ermənilərin vəhşiliyi nəticəsində qovulmuş, qaçqın vəziyyətinə düşmüş soydaşlarımızın da hiddətinə səbəb olmuşdur.

Təəssüf hissilə demək istəyirik ki, bu yazıçının leksikonunda erməni-rus abu-havasi hiss olunur. 1990 –cı il 20 yanvar hadisələrindən həmən sonra Moskvanın sifarişi ilə “komsomolskaya pravda” qəzetində akademik Ziya Bünyadovun məqaləsi dərc edilmişdi. Həmən məqalədə Qərbi Azərbaycandan qətlyamlarla müşahidə edilən deportasiya faktı kiçildilmiş və yurd yerlərindən qaçqın düşənlərə aşağılayıcı tərzdə “yeraz” adi qoyulmuşdu. Məqalədə Bakıda güya ermənilərin “yeraz”lar tərəfindən qətlə yetirilməsi qeyd edilmişdi. Bununla, akademik Moskvanın Bakıda törətdiyi qırğınlara bəraət qazandırmaq istəmişdi. Bu gün də Əylisli Azərbaycan Türk millətini aşağılayıcı bir “roman yazaraq” yenə moskvalarda çap etdirir və Qərbi Azərbaycandan böyük güclərin qurduğu planlarla qaçqın halına düşənləri “yeraz” adlandırır. Paralel aparsaq görərik ki, bu gün də, xarici qüvvələr ölkəmizə təziqlər etmək üçün təsir imkanlarını Əylisli kimilərin vasitəsi ilə göstərmək istəyirlər. Təəssüf edirik ki belə bir insan bir zamanlar Millət Vəkili də olmuşdur. Bu insanı millət vəkili “seçənlər” düşünməli və etdiklərini təftiş etməlidirlər. Bu yazıçı Azərbaycan xalq yazıçısı adını daşımaq haqqını itirmişdir və o adı daşımağa mənəvi haqqı çatmır. ermənləri pomanında vəsf edərkən bir anlıq şəhidlərimizi, əsirlikdə qalan qız-gəlinlərimizi yada salmayan bu “insana”, Uca Millətimizin lənətləri onun bütün arxa-dönəninə bəs edəcəkdir.

Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamenti Əylislinin bu yazılarını qətiyyətlə pisləyir, romanında öz ata-baba torpaqlarından zorla çıxarılmış Qərbi Azərbaycan Türkləri haqda yazdıqlarını təhqir hesab edir və ondan təcili olaraq Qərbi Azərbaycanlılardan üzür istəməsini tələb edir.

Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamenti
Bakı şəhəri
01 fevral 2013-cü il.

Geri dön