Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > «Belə bir romanı yalnız erməni yaza bilərdi»
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > «Belə bir romanı yalnız erməni yaza bilərdi»

«Belə bir romanı yalnız erməni yaza bilərdi»


Tarix elmləri doktoru Fərid Ələkbərli Əkrəm Əylislinin qalmaqallı «Daş yuxular»ını Azərbaycan xalqının əleyhinə yazılmış «ilk cümləsindən son cümləsinə qədər qərəzlə dolu olan» bir roman kimi qiymətləndirdi…

“Daş yuxular» ilk cümləsindən son cümləsinə qədər erməniləri müdafiə edən, Azərbaycan tarixini saxtalaşdıran bir romandır. Başdan-yağa qərəzdir. Əkrəm Əylisli romanında Azərbaycan xalqını vəhşi, qaniçən, erməniləri isə məzlum, əzabkeş bir millət kimi qələmə verib. Sanki 20 faiz torpaqları işğal olunan Azərbaycan yox, Ermənistandır, soyqırama məruz qalan biz yox, ermənilərdir. Əkrəm Əylisli ermənini elə müdafiə edib ki, heç ermənilər özləri bu məharətə malik deyillər.»
Tarixçi onu da qeyd etdi ki, ermənilər Azərbaycanın tanınmış bir ziyalısının bu romanından öz xeyirləri üçün əməlli-başlı bəhrələnəcəklər. Onlar bu romandan Azərbaycanı dünya çapında gözdən salmaq və özlərini haqlı çıxarmaq üçün bir vasitə kimi istifadə edəcəklər: «Əkrəm Əylisli tanınmış bir adamdır və tanınmış bir yazıçının belə bir romanı ilə ermənilər azərbaycanlıları vəhşi millət kimi qələmə verib, yalançı soyqırım məsələsini yenidən gündəmə gətirəcəklər. Bu roman dəhşətdir. Yalnız erməniyə sonsuz sevgisi olan bir erməni belə bir roman yaza bilərdi.»

Alim Əylisdə erməni kilsələrinin olmadığını da bildirdi və ümumiyyətlə, kilsələrin ermənilərə aid olmadığını söylədi: «Kilsələri ermənilərlə bağlmaq düzgün deyil. Ona qalsa, Bakıda da kilsələr çoxdur. Digər tərəfdən Ermənistanın özündə o qədər məçidlər olub ki, ermənilər o məçidləri məhv ediblər.»

Cəvahir Səlimqızı

Geri dön