Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan və Qırğızıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçirilib
Azərbaycan və Qırğızıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçirilib |
İyulun 24-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. İclasda Baş nazirin müavini Əli Əhmədovun başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edib. Əvvəlcə Azərbaycan Baş nazirinin müavini, komissiyanın Azərbaycan Respublikası tərəfindən sədri Əli Əhmədov və Qırğız Respublikası Nazirlər Kabinetinin sədrinin müavini, Qırğızıstan tərəfindən Komissiyanın sədri Bakıt Torobayev kiçik tərkibdə görüş keçiriblər. Görüş əsnasında ikitərəfli gündəlikdə olan aktual məsələlərə toxunulub. Sonra iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Birgə hökumətlərarası komissiyanın iclası olub. Ə.Əhmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə görə Qırğızıstan hökumətinə təşəkkürünü bildirib. Tərəflər Azərbaycan-Qırğızıstan dostluq əlaqələrinin və strateji tərəfdaşlığının hərtərəfli inkişafından məmnunluq ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan və Qırğızıstan prezidentləri arasında fəal siyasi dialoq və şəxsi təmaslar ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir. İqtisadi-ticari əlaqələrin müsbət dinamikası məmnunluqla qeyd olunub. Bunu 2022-ci ilin yekunlarına dair əmtəə dövriyyəsinin 19 faiz artması göstərir. Bununla yanaşı, tərəflər qarşılıqlı ticarət həcminin iki ölkənin iqtisadi və mövcud potensialının inkişafı səviyyəsinə uyğun olmadığı barədə ortaq mövqe ifadə ediblər. Bununla bağlı 2023-2028-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafı üzrə kompleks Proqramın hazırlanması və imzalanmasının vacibliyi qeyd edilib. Tərəflər, həmçinin qarşılıqlı investisiya təşviq edilməsinə tərəfdar olduqlarını bildirib, bu kontekstdə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun təsis olunması prosedurunun başa çatmasını alqışlayıblar. Geri dön |