Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan cüdo millisinin Berlindəki təlim-məşq toplanışı başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan cüdo millisinin Berlindəki təlim-məşq toplanışı başa çatıb

Azərbaycan cüdo millisinin Berlindəki təlim-məşq toplanışı başa çatıb


Azərbaycanın gənclərdən ibarət cüdo millisi Almaniyanın paytaxtı Berlində keçirilən təlim-məşq toplanışını başa vurub.

Bu barədə Cüdo Federasiyasından məlumat verilib. Bildirilib ki, avqustun 31-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə başlayan hazırlıq prosesində yığmanın 12 oğlan və 4 qız üzvü iştirak edib.

Cüdoçulara oğlanlardan ibarət millinin baş məşqçisi Elxan Məmmədov, məşqçisi Elxan Rəcəbli və qızlardan ibarət komandanın məşqçisi Vüqar Hüseynov rəhbərlik ediblər.

Təlim-məşq toplanışı sentyabr və oktyabrda baş tutacaq gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Geri dön