Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sosial sahədə e-xidmətlərə bu ilin 7 ayında 10 milyon 350 min müraciət qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Sosial sahədə e-xidmətlərə bu ilin 7 ayında 10 milyon 350 min müraciət qeydə alınıb

Sosial sahədə e-xidmətlərə bu ilin 7 ayında 10 milyon 350 min müraciət qeydə alınıb


Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 10 milyon 350 min müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda sosial sahədə 153 xidmətdən 140-dan və ya 90 faizdən çoxu e-qaydada təqdim edilir. Həmçinin digər qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin olunur.

Cari ilin 7 ayında nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə həmin qurumlardan daxil olan sorğu sayı 146 milyon olub.

Son illərin mühüm rəqəmsal sosial nailiyyətlərindən olan e-sosial internet portalından isə yanvar-iyul aylarında 4 milyon 537,4 min dəfə istifadə olunub.

Geri dön