Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Məhkəmə ədalətli olsa, onun kəsdiyi barmaq inciməz
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Məhkəmə ədalətli olsa, onun kəsdiyi barmaq inciməz

Fərəc Quliyev:Məhkəmə ədalətli olsa, onun kəsdiyi barmaq inciməz


“Mən Heydər Oğuzu gənclik illərindən tanıyıram. Onun necə bir vətənpərvər və ədalətsevər insan olduğuna bələdəm. Mənim tanıdığım Heydər bəy nə qədər mübariz ruhludursa, bir o qədər də ədalətli birisidir. Əgər mübahisəyə girdiyi tərəflə çəkişmələrində özünü zərrə qədər günahkar hiss etsəydi, bu qədər dirənməz, məhkəmə hökmünü belə gözləmədən üzr istəyər və iddialarından geri çəkilərdi” – sabiq deputat, Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında Ovqat.com saytının baş redaktoru Heydər Oğuzun məhkəməyə verilməsinə münasibət bildirərkən belə deyib.

Partiya sədri şair publisistin məhkəmə ilə bağlı yazdıqlarını oxuduğunu və proses barədə qənaətinin Heydər Oğuzun iddiaları əsasında formalaşdığını bildirib: “Heydər bəy həmin məhkəmədə çəkişən tərəflərdən biri idi və onun subyektivliyə varmaq ehtimalı da var. Hər halda kimin haqlı, kimin haqsız olduğuna yuxarı instansiya məhkəmələri qərar verəcək. Mən sadəcə onu vurğulamaq istəyirəm ki, ədalətli məhkəmənin qərarlarını hətta cəzalandırılmış şəxs də qəbul edər. Ataların bu barədə çox gözəl fikri var: “Şəriətin kəsdiyi barmaq ağrımaz”. Heydər bəy kimi ədaləti həyatının kredosuna çevirmiş adam əgər bu məhkəmə hökmündən günlərlə status paylaşacaq qədər narazıdırsa, deməli proses arzuolunan səviyyədə getməyib”.

Fərəc Quliyev şair-publisistin Prezidentə yazdığı məktubu və apellyasiya şikayətindən paylaşdığı parçaları oxuduğunu vurğuladı. Bu yazılarda çox ciddi qanun pozuntularından bəhs olunduğunu bildirən partiya sədrinin diqqətini isə daha çox Heydər Oğuzun bir fikri cəlb edib: “Prezidentə yazdığı məktubda sadəcə məhkəmə prosesi zamanı pozulan beynəlxalq hüquq normalarından bəhs edən Heydər Oğuz vurğulayırdı ki, bu çəkişmə əgər Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedərsə, böyük ehtimalla qələbə qazanar. Amma bu qələbəni istəmir. Çünki Avropa məhkəməsinə hansısa bir fərdi yox, Azərbaycan dövlətini şikayət etməlidir. Bu zaman isə onun şikayəti beynəlxalq məhkəmənin arxivinə “Heydər Oğuz Azərbaycana qarşı” adı ilə düşəcək. Belə bir adlandırmanı nə özünə, nə də Azərbaycana yaraşdırmadığını vurğulayan Heydər bəy həm də düşmən qüvvələrin ölkəmizdə insan hüquqlarının tapdalandığına dair iddialarında istinad nöqtəsinə çevrilmək istəmədiyini bidirmişdi. Ona görə də hüququnun Brüsseldə yox, Bakıda təmin olunmasını arzulayır. Adam kifayət qədər haqlıdır. Niyə öz vətənini fədakarcasına sevən bir adamın şikayəti erməni lobbilərinin əlində Azərbaycana qarşı silaha çevrilməlidir? Hesab edirəm ki, Azərbaycan məhkəmə sistemi də ölkənin taleyini ən azı Heydər bəy qədər düşünməlidir”.

Düzdür, yaxşı tanıdığı Heydər Oğuzun Avropa məhkəmələrinə müraciət edəcəyinə inanmayan partiya sədri vətənpərvər insanların bu həssasiyyətindən sui-istifadə edilməsinə də qarşıdır.

E.MƏMMƏDƏLİYEV/“Yeni Müsavat”

Geri dön