Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > “Göyçə-Zəngəzur Respublikası” fəaliyyətini dayandırıb
“Göyçə-Zəngəzur Respublikası” fəaliyyətini dayandırıb |
“Göyçə-Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi birgə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, tarixən ermənilər və hazırkı Ermənistan Respublikası azərbaycanlıları etnik zəmində soyqırımı və deportasiya cinayətlərinə məruz qoyublar. “Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən 1987-1991-ci illərdə deportasiya edilən azərbaycanlıların böyük əksəriyyəti Azərbaycan Respublikasında qaçqınlıq həyatı yaşayıb, deportasiya qurbanlarının bir qismi də qardaş ölkə Türkiyə Respublikasında və digər ölkələrdə məskunlaşıblar. Ətrafımızda olan bəzi deportasiya qurbanları ilə birgə Azərbaycanda məskunlaşmış soydaşlarımız kimi öz adət-ənənələrimizi qoruyub yaşatmaq, bir-birimizə kömək etmək, məhrum edildiyimiz təməl insan haqlarımızı bərpa etmək, erməni cinayətlərinə və Ermənistanın Azərbaycan ərazisində separatçılığı dəstəkləməklə nümayiş etdirdiyi ikiüzlülüyə qarşı mübarizə aparmaq məqsədilə təşkilatlanmaq barədə qərar qəbul etmiş və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyini təsis etmişdik. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən ruhlanaraq Birlik bir təşkilat qismində “Göyçə-Zəngəzur Respublikası”nın yaranması təşəbbüsünü elan edib. Biz bu yolla ermənilərin törətdiyi deportasiya cinayəti və soyqırıma məruz qalmış soydaşlarımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün əlavə imkanlardan istifadə etməyə çalışmışıq. Ötən müddətdə elan edilmiş “Göyçə-Zəngəzur Respublikası” tərəfindən qardaş Türkiyə Respublikası ərazisində də nümayəndəlik və müxtəlif təsisatların formalaşdırılması təşəbbüsü həyata keçirilib. Eyni zamanda Prezident cənab İlham Əliyevin Qərbi Azərbaycan və bu bölgədən köçürülən yüz minlərlə soydaşımızın taleyi ilə bağlı müdrik düşüncələrə və planlara sahib olduğunu gördük. Prezident İlham Əliyevin hələ 2014-cü ildə hərbçilərimiz qarşısında çıxış edərkən söylədiyi “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq” sözlərinin reallığa söykəndiyini hiss etdik. Prezident cənab İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan ziyalıları ilə görüşündə etdiyi çıxışından sonra Qərbi Azərbaycanlılarla bağlı dövlətimizin siyasi xətti ilə daha yaxından tanış olduq. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasi xəttə uyğun Qərbi Azərbaycan İcmasının qısa müddətdə yenidən təşkilatlandığına və bu gün çox böyük uğurla fəaliyyət göstərdiyinə şahid olduq. Bu gün bütün Qərbi azərbaycanlılar öz pozulmuş hüquqlarının Azərbaycan Prezidentinin siyasi iradəsi, dövlətimizin gücü ilə bərpa olunacağına əmindirlər. Buna görə də onlar vahid niyyətlə bir olmalı, çaşqınlıq yaradan hər cür bölücü addımlardan kənar durmalı və Qərbi Azərbaycana – öz doğma torpaqlarımıza qayıtmaq üçün birgə mübarizə aparmalıdırlar. Biz də öz növbəmizdə bu ali məqsədə xidmət etmək niyyəti ilə hazırda bir təşkilat olaraq “Göyçə-Zəngəzur Respublikası”nın fəaliyyətini dayandırdığını rəsmən elan edir və bütün soydaşlarımızı Prezidentimizin vahid siyasi xətti ətrafında və bu siyasi xəttə öz töhfəsini vermək üçün qətiyyətlə fəaliyyət göstərən, Ermənistandan qovulmuş azərbaycanlıların maraqlarını legitim və mötəbər şəkildə müdafiə edən, Qərbi azərbaycanlıların hər birini əhatə edərək yeganə ümumi təşkilatı olan Qərbi Azərbaycan İcmasında səylərini bundan sonra da birləşdirməyə çağırırıq. Yolumuz doğma torpağımız Qərbi Azərbaycanadır. Bu yolda hər birimizə uğurlar arzulayırıq” – bəyanatda vurğulanır. Geri dön |