Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Əgər Rusiya erməni silahlılarını bölgədən çıxartmırsa, bunu özümüz reallaşdırmalıyıq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Əgər Rusiya erməni silahlılarını bölgədən çıxartmırsa, bunu özümüz reallaşdırmalıyıq

Fərəc Quliyev:Əgər Rusiya erməni silahlılarını bölgədən çıxartmırsa, bunu özümüz reallaşdırmalıyıq


Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələrinin texniki müşahidə vasitələri sıradan çıxarılır. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri bölmələrimizə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə ərazilərimizdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıblar. Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi zərərsizləşdirilib. Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev "Sherg.az"a deyib ki, o, hər zaman radikal addımlar atmağın tərəfdarı olub. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycanın Müstəqillik Aktında göstərildiyi kimi, dövlətimizin suverenliyi şəksizdir və bütün ərazilərimizə şamil olunur: "Bu müddəaya görə, ölkə ərazisində istənilən təxribatın qarşısını almağa tam hüququmuz var. Azərbaycan ərazilərinə Rusiya hərbçiləri daxil olanda erməni silahlıları paralel olaraq torpaqlarımızı tərk etməliydi. Əgər Rusiya erməni silahlılarını bölgədən çıxartmırsa, bunu özümüz reallaşdırmalıyıq. Bizim təcrübəmiz var. BMT TŞ-nın 30 il ərzində icra olunmayan 4 qətnaməsini Azərbaycan özü həyata keçirdi. Ermənilər radio-texniki vasitələrlə mülki təyyarələrimizi təhdid edir, uçuş xətlərinə müdaxilələr edir, maneələr yaradırlar. Təbii ki, istifadə olunan vasitələr ruslarındır. Erməni separatçılarının əlində həmin avadanlıqların olması qeyri-mümkündür. Rusiyadan, İrandan gətirib bölgəyə yığıblar. Hətta İrandan təlimatçılar da gətirmişdilər. Onların sabah sözügedən qurğulardan istifadə edərək təxribat törətməyəcəyinin qarantiyası yoxdur. Xatırlayırsızsa, Ermənistana raketlərin satılması və onların bir hissəsinin də Qarabağa gətirilməsi ilə bağlı məlumat yayılmışdı. Ancaq söhbət ondan gedir ki, bu, artıq bir ölkənin yox, dünyanın məsələsidir. Beynəlxalq səviyyədə ölçü götürülməlidir. Dünya ölkələri radio-texniki vasitələrin sıradan çıxarılması, terrorçuların məhv edilməsi ilə bağlı qərarlar qəbul etməlidirlər".

F.Quliyev diqqətə çatdırıb ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar doğrudur: "Erməni quldurlarının əllərindəki bütün hərbi vasitələr məhv edilməlidir. Hətta gecənin birində Azərbaycanın hərbi komandoları Xankəndiyə girərək quldurbaşları ələ keçirməklə məşğul olmalıdır. Bunun üçün hüquqi əsas var. Respublika Prokurorluğu erməni cinayətkarlarını, separatçıları beynəlxalq axtarışa verib. Heç nədən çəkinmək lazım deyil. Terrorçu V.Xaçaturyanı saxladıq, kim nə dedi? Tədbirlər kompleks şəkildə görülməlidir. Azərbaycan siyasi hakimiyyətinin, Müdafiə Nazirliyinin atdığı addımları hesab-kitablıdır. Bu da çox doğru yanaşmadır. Əgər Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi məsələsində Azərbaycan geri çəkilsəydi, ermənilərin ayaqları yer alacaqdı. Ancaq Xaçaturyanın həbsi göstərdi ki, Azərbaycan nəinki geri çəkilir, əksinə, terrorçuları da zərərsizləşdirir. Müdafiə Nazirliyinin Qarabağdakı qurğuları vurması mesajdır ki, bu gün vasitələri, sabah isə onları idarə edənləri sıradan çıxaracağıq. 10 min erməni hərbçisini, onlara rəhbərlik edən separatçıları da məhv edəcəyik. Mən də partiya sədri kimi buna tam dəstək verirəm. Ölkəmizin daxilində ən sərt tədbirləri görə bilərik. Bu, bölgədə normallaşma yaratmaq, Qarabağdakı erməniləri separatçıların girovluğundan xilas etmək, onların reinteqrasiyasına nail olmaqdır. İstənilən dövlət öz vətəndaşına sahib çıxmaq üçün münbit şərait yaradır. 3-5 separatçının istəyi ilə hərəkət etməyəcəyik".

İsmayıl Qocayev/sherg.az

Geri dön