Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Dövlətlərin ikili münasibətlərində də yeni-yeni səhifələr açılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Dövlətlərin ikili münasibətlərində də yeni-yeni səhifələr açılır

Fərəc Quliyev:Dövlətlərin ikili münasibətlərində də yeni-yeni səhifələr açılır


Fərəc Quliyev: “Prinsip etibarı ilə bütün bu addımlar türk ölkələrinin bir güc olaraq ortaya çıxmasına xidmət edir”

Avqustun 22-də Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

Prezidentlər “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni imzalayıblar.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevlə danışıqlardan sonra mətbuata bəyanatında bildirib ki, artıq əldə edilən nəticələr iki ölkənin doğru yolda olduğunu göstərir:

“Bu gün nümayəndə heyətlərinin üzvlərinin qarşıdakı, fikrimcə, iki-üç ildə gözlədiklərimizin çərçivəsində bizə məruzə etdikləri deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırmışıq. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəddir. Bu, münasibətlərin yüksək səviyyəsidir və ölkələrimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir, həmçinin onu göstərir ki, gündəlik kifayət qədər genişdir”.

Özbəkistan- Azərbaycan Ali Dövlətlərarası Şuranın yaradılması nə deməkdir və bunun ölkələrimiz üçün nə kimi əhəmiyyəti olacaq?


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
türkdilli dövlətlər arasındakı əməkdaşlıqlar formalaşmaqda davam edir: “Onların təmsil olunduqları təşkilatların daxilində dövlətlərin ikili münasibətlərində də yeni-yeni səhifələr açılır. Bu, çox ürəkaçan məsələdir. Artıq Orta Asiya respublikalarana xüsusi münasibət yaranıb. Bilirsiniz ki, sentyabr ayında ABŞ-da C5+1 formatında görüş təşkil olunacaq. Əslində yeni dünya düzənində yeni güc ortaya çıxır. Hamı bu güclə yaxın münasibət qurmağa çalışır. Bundan xeyli əvvəl Çin C+C5 formatında bir görüş etmişdi. Rusiyanın düşdüyü acınacaqlı vəziyyətdən sonra onun nüfuz dairəsinə aid ərazilər uğrunda gərgin mübarizə gedir. Bu məsələdə avantaj türk respublikalarının özündədir. Yaranmış müstəvidə türk dövlətlərinin bir-biri ilə əməkdaşlıqları çox əhəmiyyətlidir. Bundan əvvəl Prezidentin Macarıstana səfəri oldu. Bilirsiniz ki, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda iştirak edir. Bu münasibətlər dərinləşərək, bütün sahələri əhatə edəcək. Hətta bu təşkilat daxilindəki ölkələrin həmkarlar təşkilatlarının belə bir-birilə əməkdaşlığını əks etdirən sənədlər imzalandı. Bizim ölkələrin bütün sahələr üzrə əməkdaşlıq etməsi olduqca əhəmiyyətlidir. Prinsip etibarı ilə bütün bu addımlar türk ölkələrinin bir güc olaraq ortaya çıxmasına xidmət edir. Turan adlı bir yola çıxırıq. Ölkələrimiz arasında Ali Dövlətlərarası Şuranın yaradılması da bu məqsədə xidmət edəcək”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib: “Bizim yaratdığımız Ali Dövlətlərarası Şura etimadın ən yüksək səviyyəsi və razılaşdırdığımız strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır. Ona görə də düşünürəm ki, ölkə Prezidenti seçildikdən sonra ilk səfərimdən çox məmnunam”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön