Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Azərbaycan bununla dünyanı aldatmağa çalışan erməniləri ifşa etdi
Fərəc Quliyev:Azərbaycan bununla dünyanı aldatmağa çalışan erməniləri ifşa etdi |
Azərbaycan dövləti Ermənistanın və ermənipərəst qüvvələrin vəziyyəti gərginləşdirməyə yönələn addımlarına cavab olaraq, Qarabağda yaşayan erməni vətəndaşlara Ağdam-Xankəndi yolu ilə humanitar yardımın daşınmasını təşkil etdi.
Düzdür, separatçılar hələ də bu yardımı qəbul etməkdən imtina edir. Amma bununla belə Azərbaycan bu addımla ermənilərin “humanitar fəlakət”lə bağlı uydurmalarının tamamilə yalan olduğunu sübut etdi. Görəsən, ölkədə fəaliyyət göstərən partiyalar Bakının Ağdam-Xankəndi yolu həmləsi ilə bağlı nə düşünürlər? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edir ki, Azərbaycan bununla dünyanı aldatmağa çalışan erməniləri ifşa etdi: “Ermənilər guya Qarabağda humanitar fəlakətin olduğunu iddia edir. “Humanitar fəlakət” uydurması Azərbaycanın bütün düşmənlərinin ortaq proyekti idi. Ona görə də Azərbaycan bu məsələyə adekvat cavab verməli və dünya ictimaiyyətini aldatmağa çalışan toplumu ifşa etməli idi və atdığı addımla bunu etdi. Bakı Ağdam yolu ilə ora humanitar yardım göndərməklə ilk növbədə göstərdi ki, yolu bağlayan Azərbaycan deyil. Paralel olaraq, yardımı qəbul etməməklə ermənilər əslində aclıq problemlərinin olmadığını ortaya qoydular. Çünki problemləri olsaydı, yardımı qəbul edərdilər. Azərbaycan bu addımı ilə Fransanın davranışlarını da ifşa etdi. Göstərdi ki, Bakı öz vətəndaşlarına özü yardım etməkdə maraqlıdır. Azərbaycan bununla bir daha suverenliyimizin şəksiz olduğunu, ölkənin bütün ərazilərinə şamil edildiyini nümayiş etdirdi. Bakı həmçinin, bu jesti ilə humanitar yardımın oradakı dinc əhaliyə çatdırılmasına maneə olan qüvvələrin, separatçılar və qanunsuz silahlı dəstələrin aradan götürülməsi üçün hüquqi baza yaratdı. Dünya ictimai rəyi də artıq humanitar yardımın çatdırılmasına kimlərin maneə olduğunu gördü”. Rüfət Sultan/bizim.media Geri dön |