Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:3 partiyanın antimilli mövqedən çıxış edərək birgə bəyanata imza atmaması təəssüf doğurur
Fərəc Quliyev:3 partiyanın antimilli mövqedən çıxış edərək birgə bəyanata imza atmaması təəssüf doğurur |
44 günlük Vətən müharibəsində olduğu kimi, Qarabağda həyata keçirilən antiterror tədbiri zamanı da ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan ediblər. Lakin cəmi 3 partiya - Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bu bəyanata qoşulmayaraq ümummilli məsələlərdə həmrəylikdən kənarda olduqlarını nümayiş etdiriblər.
"Belələrinə Azərbaycanda yeri olmamalıdır” Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev qeyd edib ki, bu dəfə də 3 partiyanın antimilli mövqedən çıxış edərək birgə bəyanata imza atmaması təəssüf doğurur: “Burada söhbət siyasi partiya mövqeyindən, qrup marağından yox, vətəndaş mövqeyindən söhbət gedir. Dövlət marağı olan yerdə bütün maraqlar kənara qoyulmalıdır. Belə siyasi partiyaların rəhbərləri nəhayət ki, cavab verməlidirlər. “Milli şura”da təmsil olunub başqa ölkələrin cibindən faydalanmaqla və bir tikəyə görə öz ölkəsini satmaqla məşğul olanların Azərbaycanda yeri olmamalıdır”. Nardar BAYRAMLI/yeniazerbaycan.com Geri dön |