Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xocalı qətliamı ilə bağlı “petition”ə səs vermək qaydaları- VİDEO
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Xocalı qətliamı ilə bağlı “petition”ə səs vermək qaydaları- VİDEO

Xocalı qətliamı ilə bağlı “petition”ə səs vermək qaydaları- VİDEO


Petisiyanın (petition) müzakirəyə çıxarılması üçün ona fevralın 25-ə qədər 100000 adamın səs verməsi lazımdır.
Növbəti mövzumuzla bağlı reportaja (quzariş) və müzakirələri diqqətlə qulaq asmağınız məsləhətdir. Çünki sizin səsiniz, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa kömək ola bilər. Əvvəla, burda iki məsələ üzrə səs vermə elan olunub. Yanvarın (January) 23-də ilk dəfə olaraq Azərbaycan vətəndaşı Hüseyn Paşayevin Ağ Evin səhifəsində Qarabağla bağlı diqqətçəkən müraciəti olub. Məqsəd ABŞ-ın (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın Qarabağ münaqişəsinin həllində aktiv rol oynamağa cəlb etmək və konfiliktin həlli ilə bağlı Ermənistana təzyiqlərini artırmaqdır. Əgər fevralın 23-dək 100 min azərbaycanlı bu səsverməyə qoşularsa o zaman Ağ Ev məsələ ilə bağlı Azərbaycan vətəndaşa rəsmi cavab verəcək. Amerika-azərbaycanlıları şəbəkəsinin rəhbəri Adil Bağırovun yaratdığı “Xocalıya səs verək” bloku isə Xocalı soyqırımını dünyaya çatdırmaq üçün bir vasitədir.
Amerikada yaşayan azərbaycanlılar Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində petisiya yerləşdirib. Ağ Evin rəsmi səhifəsində yer alan “biz xalqıq” (we the people) bölməsində yerləşdirilmiş petisiya faciəsinin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur. Petisiyanın müzakirəyə çıxarılması üçün ona fevralın 25-ə qədər 100 000 adamın səs verməsi lazımdır.


Beləliklə yanvarın 25 start verilmiş səsvermə kampaniyasında iştirak etmək üçün əməl etməli olduğunuz şərtlər bunlardır.
İlk öncə Ağ Evin rəsmi saytına www.whitehouse.gov internet səhifəsinə daxil oluruq.
Açılan səhifədə "we the people" yəni biz xalqıq yazırıq səhifəsini açırıq... Bu səhifədə isə öpn petişin-mövcud petisiyaların siyahısını açırıq. Açılan siyahıdan Xocalı faciəsi ilə bağlı petisiyanı tapırıq. Bundan sonra qeydiyyatdan keçmək üçün greate an account yəni hesab yarat düyməsini sıxırıq. Önümüzdə açılan səhifədə tələb olunan məlumatları, yəni poçt adresimizi ad və soyad, o cümlədən ölkə kodunu yazırıq. Bunları etdikdən sonra səsinizin qeydiyyata alınması əməliyyatı tamamlanmır. Bir neçə saniyə sonra sizin poçtanıza e-mail ünvanı göndəriləcək. Həmin linkə daxil olub öz imzanızı təsdiqləyirsiniz.
Onu da deyək ki, hər şəxs yalnız bir dəfə səs verə bilər. Bir neçə dəfə hesab yaratmağa və ya imza atmağa cəhd edərsə Ağ Ev qeydiyyatda olan İP ünvanlarının istifadəsinə məhdudiyyət qoyacaq.


Geri dön