Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Aİ açıqladığı bəyanatla Azərbaycanın antiterror tədbirlərini dəstəkləyir
Aİ açıqladığı bəyanatla Azərbaycanın antiterror tədbirlərini dəstəkləyir |
Avropa İttifaqı açıqladığı bəyanatla Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri dəstəkləyir. Azərbaycan bu tədbirləri öz ərazisindəki qeyri-qanuni silahlılara qarşı yönəltmişdir. O cümlədən antiterror tədbirləri zamanı mülki əhalini mümkün vasitələrlə legitim hərbi hədəflərdən uzaq durmağına çağırışlar etmişdir. Həm də legitim hərbi hədəf kimi müəyyən edilmiş nöqtələrdə sonradan mülki insanların olduğu ehtimal olunduqda zərəsizləşdirmə əməliyyatları təxirə salınıb.
Bunu Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, Azərbaycan Qarabağın mülki əhalisini öz sakinləri hesab edərək onların hüquq və təhlükəsizliklərinin təmin olunacağı bəyan edib. “Bununla yanaşı Azərbaycanı tərk etmək istəyən şəxslər üçün də dəhliz yaradaraq sərbəst çıxışını təmin edir. Antiterror tədbirləri başa çatandan sonra da dövlət Qarabağdakı erməni əsilli sakinlərə humanitar yardımlar göndərir, sosial infrastruktur bərpa olunur və mümkün bütün vasitələrdən istifadə edilməklə birgə yaşamaq üçün şərait formalaşdırır. Avropa İttifaqı Qarabağda baş verən prosesləri yaxından izləyir və Azərbaycanın öz sakinlərinə olan dəstəyini yüksək dəyərləndirir. Əslində Azərbaycan kimlərinsə dəyərləndirilməsi üçün bu işləri icra etmir. Azərbaycan istəyir ki, Qarabağdakı erməni əsilli sakinlər də cəmiyyətimizə inteqrasiya olunsunlar və normal həyat yaşaya bilsinlər. Bu gün Azərbaycanın Qarabağdakı ermənilərə göstərdiyi diqqət dünyanın antiterror əməliyatları keçirən heç bir ölkəsindəki insanlara qarşı yoxdur. Hətta belə əməliyyatlar zamanı ən çox zərər çəkən mülki insanların olduğunu müşahidə etmişik. Azərbaycanın öz ərazisində antiteror tədbirləri həyata keçirməklə mülki insanları diqqətdə saxlamaqla dövlət qurluşunun bərpası istiqamətində atdığı addımları dünyaya nümunədir və dünya birliyi bunu görərək yüksək dəyərləndirir”, - deyə deputat əlavə edib. Geri dön |