Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Rusiya sülhməramlılarının Qarabağda qalmasına ehtiyac yoxdur
Fərəc Quliyev:Rusiya sülhməramlılarının Qarabağda qalmasına ehtiyac yoxdur |
Azərbaycan Qarabağın bütün əraziləri üzərində de-yure suverenliyini təmamilə bərpa edib.
Hazırda Qarabağın ermənilərin məskunlaşdığı ərazilərdə qeyri-qanuni erməni silahlı birləşmələri tərkisilah olunur, silahlar ordumuza təhvil verilir, eləcə də qondarma qurum özünü buraxıldığını da elan edib. Gəlin ilin yanvarın 1-dək qondarma qurumun bütün “dövlət strukturları” ləvğ ediləcək. Bundan sonra Qarabağ iqtisadi rayonunun – Ağdərə, Xocalı, Xocəvənd və Xankəndidə təhlükəsizliyi yalnız Azərbaycan Ordusu və hüquq-mühafizə orqanları tərəfindən təmin olunacaq. Eyni zamanda 30 illik işğal dövründə Azərbaycan ərazilərində qanunsuz məskunlaşan və ölkəmizin vətəndaşlığını qəbul etmək istəməyən ermənilər kütləvi şəkild Ermənistana köç etməyə başlayıblar. Bütün bunları nəzərdən keçirdikdə, artıq ərazidə Rusiya sülhməramlı kontigentinin fəaliyyət göstərməsinə ehtiyac qalmadığını görürük. Üçtərəfli noyabr Bəyanatının 6-cı maddəsinə əsasən, rus sülhməramlıları tərəflərdən birinin razılığı olmadığı təqdirdə ərazidən çıxmalıdır. Maraqlıdır, sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması aktuallaşır? Bunu icra etmək nə dərəcədə mümkün olacaq? Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiya sülhməramlılarının Qarabağda qalmasına ehtiyac yoxdur: “İlk önc Azərbaycanın Qarabağda növbəti qələbəsi ilə əlaqədar xalqımızı təbrik edirəm. Allah vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin. Onların qəhramanlığı hesabına torpaqlarımız Ermənistanın işğalından azad edilib. 30 illik işğala birdəfəlik son qoyduq. Öz haqqlı mübarizəmizdə bizə nə Rusiya, nə də başqaları kömək edib. Onlar bütün dövrlərdə ölkəmizə mane olublar. Rus sülhməramlıların ölkəmizin ərazilərində peyda olması fors-major bir vəziyyətdir. Onlara ehtiyac yox idi, elə bu gün də ehtiyac yoxdur. Azərbaycan tərəfi artıq ərazidə yaşayan yerli erməniəsilli azərbaycanlılara diqqət və qayğı göstərməyə başlayıb. Onlar qida və tibbi ləvazimatlarla təmin olunurlar. Dövlət rəhbərimiz öz açıqlamarında bəyan edib ki, ərazidəki erməni sakinlər Azərbaycanın digər vətəndaşları kimi bütün hüquqlara malik olacaqlar. Ona görə də rus sülhməramlılarına heç bir ehtiyac yoxdur. Sülhməramlıların Qarabağı tərk etmək vaxtını tezləşdirmək lazımdır. Postmüharibə dövründə Azərbaycan Qarabağda bütün problemləri öz qanunları çərçivəsində həll etməyə qadirdir”. Yunis Abdullayev /Cebhe.info Geri dön |