Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Bunların sürətlə Qarabağı boşaldıb, az sayda adam saxlamaları elə-belə deyil
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Bunların sürətlə Qarabağı boşaldıb, az sayda adam saxlamaları elə-belə deyil

Fərəc Quliyev:Bunların sürətlə Qarabağı boşaldıb, az sayda adam saxlamaları elə-belə deyil


Ermənilər Qarabağı sürətlə tərk edir. Belə görünür ki, tam getmək niyyətindədirlər. Bu olsa, onda reinteqrasiya və Rusiya sülhməramlılarına da ehtiyac qalmaz. Görünür, həm ermənilər, həm də Rusiya sülhməramlıları Qarabağda “toxumluq” üçün müəyyən sayda erməni saxlamağı düşünür.

Bu say təxminən nə qədər ola bilər və vəziyyət sabitləşəndən sonra ermənilərin kütləvi şəkildə Qarabağa qayıtması mümkündürmü?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, çox həssas məsələ ilə bağlı olan mövzuda ona sual ünvanlamışıq: “İndiki vaxtda, bu məsələdə olduqca ehtiyatlı davranmalıyıq. Hərbi müstəvidə məsələ həllini tapıb, ancaq digər istiqamətlərdə çox ciddi oyunlar gedir. Xatırlayırsınızsa, Ozanyan soyadlı bir PKK-çı erməni terrorçu var. O da deyib ki, qisas almağa hazırlaşırlar. Bizə dəqiq məlum deyil ki, terrorçuların qalıqları Qarabağda qalıb, yoxsa yox. Hətta dinc sakin adı ilə Xankəndidə qalan ermənilər də terror edə bilərlər. ABŞ-ın müşahidəçi qismində gəlib hadisələri izləmək istəyi var. Onlar da bunun arxasınca Kosova variantını düşünə bilərlər. Ermənilər “etnik təmizləmə” iddiaları ilə məhkəmələrə müraciət edəcəklər. Biz bütün bu variantları nəzərə alaraq ehtiyatlı davranış ortaya qoymalıyıq. Təbii ki, az da olsa, müəyyən sayda erməni saxlayacaqlar. Biz onların təhlükəsizliyini təmin etməliyik. Ən əsası isə biz bu məsələyə xarici dövlətlərin müdaxiləsinə icazə verməməliyik. Bunların sürətlə Qarabağı boşaldıb, az sayda adam saxlamaları elə-belə deyil. Çox ciddi və ehtiyatlı tədbirlər görməliyik”.

Qeyd edək ki, ermənilər Qarabağı tərk edənlərin sayını süni şəkildə şişirdirlər. Guya 100 min erməninin Qarabağı tərk etdiyini deyirlər. Təbii ki, bu real rəqəm deyil, məqsədli şəkildə şişirdilib. Məqsədləri odur ki, guya Qarabağda 120 min erməninin yaşadığını sübuta yetirsinlər. İndidən belə edirlərsə, deməli, gələcəkdə daha məkirli niyyətləri olacaq.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön