Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər

Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər


Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığması oktyabrın 4-dən 8-dək Portuqaliyanın Odivelas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. Yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzulayıblər.

Dünya çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət millinin baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

Oktyabrın 4-dən 7-dək çempionatın fərdi yarışları, oktyabrın 8-də isə komanda yarışları keçiriləcək.

Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Çempionata qatılacaq heyəti təqdim edirik:

Qızlar

48 kq.

Könül Əliyeva

52 kq.

Aydan Vəliyeva

Xədicə Qədəşova

57 kq.

Fidan Əlizadə

78 kq.

Nərmin Əmirli

+78 kq.

Nigar Süleymanova

Pərvanə Abdullayeva komanda yarışında mübarizəyə qoşulacaq.

Oğlanlar

60 kq.

Nizami İmranov

66 kq.

Aydın Rzayev

73 kq.

Süleyman Əliyev

Vüsal Qələndərzadə

81 kq.

Ömər Rəcəbli

90 kq.

Vüqar Talıbov

İsmayıl Zamanov

+100 kq.

Ramazan Əhmədov

Kənan Nəsibov komanda yarışında mübarizəyə qoşulacaq.


Geri dön