Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Orta Dəhliz hazırkı geosiyasi vəziyyətdə mühüm alternativdir - Latviya XİN
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Orta Dəhliz hazırkı geosiyasi vəziyyətdə mühüm alternativdir - Latviya XİN

Orta Dəhliz hazırkı geosiyasi vəziyyətdə mühüm alternativdir - Latviya XİN


Latviya mövcud geosiyasi vəziyyətdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) mühüm alternativ hesab edir.

Bu barədə Latviya Xarici İşlər Nazirliyindən məlumat verilib.

“İndiki vəziyyətdə biz geosiyasi risklər, eləcə də təhlükəsizlik riskləri və sanksiyalardan yayınma səbəbindən yalnız ənənəvi marşrutlara etibar edə bilmərik”, - departament vurğulayıb.

Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, Latviya hazırda şimal-cənub istiqamətində Polşa vasitəsilə ölkəni Ukrayna ilə birləşdirən yeni logistik marşrutlar yaradır.

"Latviya Ukraynanı dəstəkləyir. Latviya Ukraynadan taxıl ixrac etmək və Ukraynaya müxtəlif mallar idxal etmək üçün geniş imkanlar təklif edir. Yaxın illərdə TEN-T (Trans-Avropa Nəqliyyat Şəbəkələri) şəbəkəsinin genişləndirilməsi gözlənilir”, - nazirlikdən bildirilib.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, bu dəhliz Orta Dəhliz və TRASEKA nəqliyyat marşrutları ilə təbii inteqrasiya olunmuş əlaqəyə çevriləcək və gələcəkdə Latviya ilə digər Baltikyanı ölkələr, Qafqaz, Qazaxıstan, eləcə də digər Mərkəzi Asiya ölkələri və hətta Çin arasında yeni logistika imkanları yarada bilər.

Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına töhfə verir.

Bu dəhlizlə hərəkət edən yük qatarı Çindən Avropaya malları 20-25 günə çatdırır və bu, Orta Dəhlizinin əsas üstünlüklərindən biridir.

Geri dön