Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb |
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təxminən 3,7 milyard manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur. 9 aylıq daxilolmaların 2,4 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 14,8 % çoxdur. Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 132,8 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,1 % artaraq 98,2 milyon manata çatıb. 9 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,3 % artaraq 683 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17 % artaraq 480,9 milyon manat olub. Geri dön |