Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > AVRO-2024: Daha iki yığma final mərhələsinə vəsiqəni təmin edə bilər
AVRO-2024: Daha iki yığma final mərhələsinə vəsiqəni təmin edə bilər |
Bu gün futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində VIII turun növbəti matçları keçiriləcək.
İkinci oyun günündə yeddi qarşılaşma baş tutacaq. B qrupunda Yunanıstan millisi Niderlandla, İrlandiya yığması Cəbəllütariqlə qarşılaşacaq. Yunanlar doğma meydanda rəqibini məğlub edərsə, final mərhələsinə vəsiqə qazanacaqlar. F qrupunda da Avropa çempionatına növbəti vəsiqənin sahibi bəlli ola bilər. Avstriya yığması Bakıda Azərbaycan millisinə qalib gəlsə, qitə birinciliyində iştirakını təmin edəcək. Bu qrupun digər görüşündə İsveç səfərdə Belçikanın qonağı olacaq. J qrupunda isə üç oyun keçiriləcək. Bosniya və Herseqovina Portuqaliyanı, İslandiya Lixtenşteyni, Lüksemburq isə Slovakiyanı qəbul edəcək. AVRO-2024, seçmə mərhələ VIII tur 16 oktyabr B qrupu 22:45. Yunanıstan – Niderland 22:45. Cəbəllütariq – İrlandiya Xal durumu: Fransa – 18 xal (6 oyun), Yunanıstan – 12 (6), Niderland – 9 (5), İrlandiya – 3 (6), Cəbəllütariq – 0 (5) F qrupu 20:00. Azərbaycan – Avstriya 22:45. Belçika – İsveç Xal durumu: Belçika – 16 (6), Avstriya – 13 (6), İsveç – 6 (5), Azərbaycan – 4 (5), Estoniya – 1 (6) J qrupu 22:45. Bosniya və Herseqovina – Portuqaliya 22:45. İslandiya – Lixtenşteyn 22:45. Lüksemburq – Slovakiya Xal durumu: Portuqaliya – 21 (7), Slovakiya – 13 (7), Lüksemburq – 11 (7), Bosniya və Herseqovina – 9 (7), İslandiya – 7 (7), Lixtenşteyn – 0 (7) Qeyd edək ki, daha əvvəl İspaniya, Şotlandiya, Fransa, Türkiyə, Belçika və Portuqaliya yığmaları Avropa çempionatına vəsiqə əldə ediblər. Geri dön |