Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İki nazirin, 8 deputatın səfərinin nəticələri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > İki nazirin, 8 deputatın səfərinin nəticələri

İki nazirin, 8 deputatın səfərinin nəticələri


4 günlük səfərin nəticələri aylarla çəkilmiş zəhmətə bağlıdır

"Polşa səfərində tərkibinə görə, zəngin nümayəndə heyəti iştirak etdi. Səfərdə 8 deputat iştirak edirdi - onların arasında 3 rektor da vardı - habelə iki nazir də nümayəndə heyətinin tərkibinə daxil idi. Səfər çərviəsində müxtəlif müqavilələr, elm, təhsillə bağlı əməkdaşlıq haqda, tələbə mübadiləsi, habelə digər sahələrlə bağlı müqavilələr imzalandı. Elxan Süleymanovun rəhbərlik etdiyi qeyri-təşkilatı ilə başqa bir təşkilat arasında müqavilə bağlandı" - Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Milli Məclisin deputatı Fərəc Quliyev Polşa səfərinin nəticələrindən danışarkən belə deyib:

"Orada əməkdaşlıq üçün çox böyük imkanlarımızın olması da üzə çıxdı. Əslində Avropa təsisatlarında çalışa biləcək kadrların hazırlanması üçün Polşanın imkanlarından yararlanmaq potensialı məlum oldu. Görüşlərin də çox böyük əhəmiyyəti oldu: həm Seymdə, həm XİN-də olanlar. Bir sıra rəsmilərlə dialoq çox uğurlu nəticələndi. Eyni zamanda Şamaxı ilə Lodsk şəhərinin qardaşlaşması ilə bağlı müqavilə imzalandı. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, "Avronest" Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun müstəsna xidmətləri oldu. Çünki 4 günlük səfərin nəticələri 4 günlə əlaqəli deyil. Bu, aylarla çəkilmiş zəhmətə bağlıdır. Elxan Süleymanov dəfələrlə ora getməsi, polşalı parlamentarilərlə görüşləri, Polşanın Avropa Parlamentindəki təmsilçiləri ilə bir araya gəlməsi öz əhəmiyyətini göstərməyə başlayıb. Onun əməyini həm də ona görə yüksək qiymətləndirirəm ki, iki il əvvəl Azərbaycana qarşı çıxan deputatlar respublikamızın mövqelərini müdafiə etməyə başlayıblar".

Millət vəkili qeyd edib ki, bu, olduqca uğurludur: " Mətbuat vasitəsilə cəmiyyətə bildirmək istəyirəm ki, Avropa təsisatları, lobbiçiliklə, diasporla bağlı dəfələrlə bir sıra çatışmazlıqlar olub. Amma təkcə Elxan Süleymanovun Polşa ilə bağlı gördüyü işlər respublikamızla bu ölkə arasındakı münasibətlərdə çox ciddi nəticələr ortaya çıxardı. Həm 7 müqavilənin bağlanması, həm polyak deputatların Azərbaycanla bağlı birmənalı mövqe sərgiləmələri çox ciddi məsələdir. Polşa Avropanın 6-cı böyük dövlətidir. Maliyyə böhranı bu ölkədən yan keçib, yəni ayaqüstə olan dövlətdir. İki ölkənin münasibətləri arasında ən mühüm cəhətlərdən biri də talelərimizin oxşar olmasıdır. Biz eyni imperiya tərəfindən işğala məruz qalmışıq, eyni zamanlarda mübarizə aparmışıq, hətta legionerlərimiz də rus işğalçılarına qarşı birgə mübarizə aparıb. Sonrakı istiqlal dönəmində də bir yerdə olmuşuq. Bizdə 20 Yanvar faciəsi olduğu kimi, 60-cı illərdə polşalıları da qırmışdılar. Biz 30-cu illərdə repressiyaya məruz qalmışıq, onların da 30 min hərbçisini, bütövlükdə ordunu məhv ediblər. Bütün bunlar Polşa ilə Azərbaycan arasında tale oxşarlığı yaradır. Biz onlardan həm də azad iqtisadi zonaların yaradılmasında təcrübə mübadiləsi əxz etməyə başladıq".

Səfər çərçivəsində çoxlu iqtisadi münasibətlərin yaranması ilə bağl müqavilələr də imzalanıb: "Elxan müəllimin orada araşdırmaları vardı. Bunu bizlərə sürpriz etdi. Həmin ölkədəki bir heykəltəraş, arxitektor barəsində ətraflı məlumat verdi. Polşada doğulmuş azərbaycanlılar, habelə ölkəmizdə yaşamış polyaklar barəsində də ətraflı məlumatlar verildi. Eyni zamanda onun kitabı təqdim olundu. Həmin nəşr onlarda xüsusi maraq doğurdu. Açığı, protokol qaydasından kənarda son dərəcə səmimi mühit formalaşmışdı. Seymdə olan görüşlərdə mən də, deputat həmkarlarım da bəzi məsələlərə toxunduq. Mən əsasən bir neçə məsələdən bəhs etdim. Təklif etdim ki, Polşa ilə Azərbaycan seytnotda problemlərlə qarşılaşmasınlar deyə, respublikamızın və həmin ölkənin tarixində ortaya çıxa biləcək hər hansı prosesi indidən proqnozlaşdırmaq üçün ölkələrin tədqiqat institutları birgə proqnozlar hazırlasınlar. Bir-iki gün əvvəl də araşdırma mərkəzlərindən birində olduq və oradakı maraqlı çıxışlarda iştirak etdik. Polşalı deputatlar sual verdilər ki, Qarabağ probleminin həllini nədə görürsünüz? Bildirdim ki, Ermənistan təcavüzü işğalı əvvəldən planlaşdırılan bir dövlətdir. Onun qonşu dövlətlər hesabına öz ərazisini genişləndirmək planı var. Belə ölkə ilə danışıqlar aparmağın elə bir əhəmiyyəti yoxdur. Rusiya da bu dövlətə dəstək verir. Hesab edirik, BMT-nin 4 qətnaməsinin həyata keçməsi üçün Polşa da bu prosesə müdaxilə etməli, hərbi sanksiyalar məsələsini gündəmə gətirməlidir. Növbəti təklifim bundan ibarət oldu: - bildirdim ki, elə müttəfiqlərimiz var, Polşanın həmin ölkələrlə münasibətləri o qədər də yaxşı inkişaf etməyib. Yaxud əksinə, bu ölkənin bəzi tərəfdaşları ilə bizim münasibətlərimiz yetərincə inkişaf etməyib. Müttəfiqlərimizin də bir yerdə olmalarını təmin edən model ətrafında düşünməliyik. Müttəfiqlərlə bağlı modelin tətbiqi, Qarabağ məsələsində Polşanın bizə dəstək verməsi və bizim araşdırma mərkəzlərimizin gələcəklə bağlı proqnozlarının ortaya qoyulması - təkliflərim bundan ibarət oldu".

Hər kəs orada çox ciddi çalışır, görüşlər keçirirdi: "Nazirlərimiz Natiq Əliyevlə Misir Mərdanovun əhəmiyyətli görüşləri baş tutdu, eləcə də rektorların fəaliyyəti. Çıxış edənlərin hamısı, o cümlədən deputatlarımız Azərbaycanın mövqelərinin aydınlaşdırılmasına çalışırdı. Universitetlərdə tələbələrlə, müəllimlərlə görüşlərimiz baş tutdu, tələbə mübadiləsi ilə bağlı danışıqlar oldu. Görüşlər əsasən Krakov, Lodsk və Varşava şəhərlərində keçirildi. Enerji sahəsi ilə bağlı səmərəli danışıqlarımız oldu. Bizim gələcəkdə "Avronest"də habelə, digər beynəlxalq təsisatlarda birgə davranışlarımız üçün də yekun razılaşma əldə edildi. Uğurlu səfərə görə, nümayəndə heyətinin bütün üzvlərinə, o cümlədən Elxan Süleymanova təşəkkürümü bildirirəm".



Anar Tağıyev "Gündəlik Bakı" qəzeti

Geri dön