Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Sona Fərəczadə: Həyat yoldaşımı Ettelaat tutub, vəkili yoxdur.
Sona Fərəczadə: Həyat yoldaşımı Ettelaat tutub, vəkili yoxdur. |
Əlirza Quluncu
Amerikanın Səsinə müahibədə Sona Fərəczadə yanvarın 9-da İranın təhlükəsizlik məmurları tərəfindən tutulan həyat yoldaşı milli fəal Yürüş Mehrəlibəylinin son durumu ilə bağlı məlumat verib. Həyat yoldaşı və kiçik oğulları Tatarla birlikdə Şərqi Azərbaycan vilayətinin Sofyan şəhərində yaşayan tanınmış fəal Yürüş Mehrəlibəyli keçmişdə də dəfələrlə İranın təhlükəsizlik orqanlarının təqiblərinə məruz qalıb. İnqilab Məhkəmələri dəfələrlə Yürüş bəyi mühakimə edərək onu uzun müddətli həbs cəzasına məhkum ediblər. Ettelaat agentləri milli fəal Yürüş Mehrəlibəylini tutublar “O, 2010-cu ildə tutulanda 9 ay həbsdə saxlanılıb və zəmanət qarşılığında sərbəst buraxıldıqdan sonra məhkəmədə 18 ay həbs cəzasına məhkum edilmişdi,” deyə Sona Fərəczadə məlumat verib. “Öncə elə bildik ki Yürüşü həbs hökümünün qalan müddətini keçirmək üçün tutublar. Ancaq daha sonra yeni ittihamlarla və Yeni GAMOH təşkilatında üzvlüyü ilə bağlı tutulduğunu öyrəndik.” Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının rəsmi veb səhifəsi Yürüş Mehrəlibəyli və ötən dekabrın 31-də tutulan Mahmud Fəzlinin bu təşkilatın Mərkəzi Komitəsinin üzvləri olaraq təqdim etmişdi. İndi, iki fəalın həbsindən təqribən bir ay keçmiş, Yeni GAMOH təşkilatının veb səhifəsi internetdən silinib. Öncə elə bildik ki Yürüşü həbs hökmünün qalan müddətini keçirmək üçün tutublar. Ancaq daha sonra yeni ittihamlarla və Yeni GAMOH təşkilatında üzvlüyü ilə bağlı tutulduğunu öyrəndik. Sona xanımın sözlərinə görə, hazırda Təbrizdə İnformasiya və Təhlükəsizlik İdarəsinin həbsxanasında saxlanılan Yürüş Mehrəlibəylinin vəkili yoxdur: “Vəkili olsa belə, o Ettelaat həbsxanasında dindirildiyi zaman vəkillə görüşə bilməz. Bu, həmişə belə olub. Vəkil ancaq dindirmə bitib və məhbus Ettelaatdan çıxdıqdan sonra onunla görüşə bilir.” Cənab Mehrəlibəyli tutulmadan öncə, əvvəlki həbsləri ilə bağlı xatirələri yazıb və bunları “Qar çiçəkləri, tutuqlama, sorğulama və işkəncə altında” adlı kitabça şəklində internet səhifələrində yayıbdır. O, xatirələrində aylarla təkadamlıq kamerada saxlanıldığı müddətdə döyüldüyünü, günlərlə yuxusuz tutularaq işgəncəyə məruz qaldığını, habelə məmurların onu aşağılayaraq təhqir etməyə çalışdıqlarını və saatlarla sorğu-suala tutduqlarını ətraflı şəkildə təsvir edib. Vəkili olsa belə, o Ettelaat həbsxanasında dindirildiyi zaman vəkillə görüşə bilməz. Bu, həmişə belə olub. Vəkil ancaq dindirmə bitib və məhbus Ettelaatdan çıxdıqdan sonra onunla görüşə bilir. Sona Fərəczadə özü də 2010-ci ildə tutularaq dörd ay həbsdə saxlanılıb: “Həbsin son iki həftəsini umumi bölməyə aparıldım. Qalanını isə təkadamlıq kamerda saxlanmışdım. İlk iki ayda nə uşağım nə də başqa yaxınlarımla hər hansı təmasım olmadı.” 2010-ci ildə, ata və ana hər ikisi həbsdə olduqları zaman, kiçik Tatarı nənələri saxlamışdı. Əslən Azərbaycan Respublikası sərhədləri yaxınlığında yerləşən Culfa şəhərinin Suca kəndindən olan Yürüş Mehrəlibəyli Tehranın Tərbiyət Müdərris Üniversitetindən menecment bölümündə yüksək lisan məzunudur. Geri dön |