Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Çempionlar Liqası: “Qalatasaray” “Bavariya”ya, “Arsenal” “Sevilya”ya qarşı
Çempionlar Liqası: “Qalatasaray” “Bavariya”ya, “Arsenal” “Sevilya”ya qarşı |
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.
İlk oyun günündə A, B, C və D qrupunun matçları keçiriləcək. A qrupunda Türkiyə “Qalatasaray”ı doğma meydanda Almaniyanın “Bavariya” komandasını qəbul edəcək. “Rams Park” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Qrupun digər matçında “Mançester Yunayted” İngiltərədə Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq. B qrupunda İngiltərə “Arsenal”ı İspaniyada “Sevilya”nın, Niderlandın PSV klubu Fransada “Lans”ın qonağı olacaq. C qrupunda İtaliya “Napoli”si Portuqaliyada “Braqa” ilə, İspaniya “Real Madrid”i isə Almaniyada “Union”la münasibətlərinə aydınlıq gətirəcək. Nəhayət, D qrupunda “İnter” İtaliyada Avstriya “Zaltsburq”unu, “Benfika” isə Portuqaliyada İspaniya “Real Sosyedad”ını sınağa çəkəcək. Çempionlar Liqası Qrup mərhələsi, III tur 24 oktyabr A qrupu 20:45. “Qalatasaray” (Türkiyə) - “Bavariya” (Almaniya) 23:00. “Mançester Yunayted” (İngiltərə) - “Kopenhagen” Xal durumu: “Bavariya” - 6, “Qalatasaray” - 4, “Kopenhagen” - 1, “Mançester Yunayted” - 0. B qrupu 23:00. “Sevilya” (İspaniya) - “Arsenal” (İngiltərə) 23:00. “Lans” (Fransa) - PSV (Niderland) - Xal durumu: “Lans” – 4, “Arsenal” - 3, “Sevilya” – 2, PSV - 1. C qrupu 23:00. “Braqa” (Portuqaliya) - “Napoli” (İtaliya) 23:00. “Union” (Berlin, Almaniya) – “Real Madrid” (İspaniya) Xal durumu: “Real Madrid” – 6, “Napoli” - 3, “Braqa” - 3, “Union” - 0 D qrupu 20:45. “İnter” (İtaliya) - “Zaltsburq” (Avstriya) 23:00. “Benfika” (Portuqaliya) - “Real Sosyedad” (İspaniya) Xal durumu: “Real Sosyedad” - 4, “İnter” - 4, “Zaltsburq” - 3, “Benfika” - 0 Qeyd edək ki, E, F, G və H qruplarında II turun oyunları oktyabrın 4-də keçiriləcək. Geri dön |