Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ünvanlı dövlət sosial yardımın alınması qaydalarına dəyişiklik edilib
Ünvanlı dövlət sosial yardımın alınması qaydalarına dəyişiklik edilib |
Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarında dəyişiklik edilib.
Azərbaycanın Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Dəyişikliyə əsasən sənədə “1.4. Bu Qaydaların məqsədləri üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.” məzmunlu 1.4-cü bənd əlavə edilib. Qərara əlavə edilmiş 3.7-1-ci bəndə görə Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: - ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; - ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə. - ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə. Eyni zamanda, aşağıdakı hallar istisna olmaqla, ailənin tərkibində dəyişikliklər baş verdikdə sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır: - ailədə yeni uşaq doğulduqda və ya övladlığa götürüldükdə; - ailə üzvü (üzvləri) vəfat etdikdə (Təmsilçi istisna olmaqla); - ailə üzvü müddətli həqiqi hərbi xidmətə çağırıldıqda və ya müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda; - bu Qaydaların 1.2.2-ci və 1.2.3-cü yarımbəndlərində qeyd olunan müddətlər başa çatdıqda. Qərarın yeni redaksiyada verilən 5.9-cu bəndində deyilir: “Ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər və kompensasiya xarakterli ödənişlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, aliment, sığorta ödənişi aiddir.” Geri dön |