Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:İdeologiya zorla tətbiq oluna bilən sistem deyil, hər kəsin içindən gələn sosial çağırışdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:İdeologiya zorla tətbiq oluna bilən sistem deyil, hər kəsin içindən gələn sosial çağırışdır

Fərəc Quliyev:İdeologiya zorla tətbiq oluna bilən sistem deyil, hər kəsin içindən gələn sosial çağırışdır


Fərəc Quliyev: “Azərbaycanda bütün xalqların birgə yaşayışı dövlətin proqramı, prinsipi ilə deyil, içdən gələn sosial çağırış sayəsindədir”.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının gələcək inkişafının sağlam təməlini qoyaraq Azərbaycançılıq ideologiyasını xalqı yumruq kimi birləşdirən böyük istinada çevirdi.

Bu ideologiya hər bir azərbaycanlının dövlətçilik şüurunu inkişaf etdirən, vətəndaşşları dövlətin ətrafında birləşdirən, istər beynəlxalq, istərsə də daxili müstəvidə tək məqsəd uğrunda bir araya gətirən milli təlim statusunu qazandı.

O baxımdan, Azərbaycançılıq ideologiyasının əhəmiyyəti cəmiyyətin bütün kəsimləri tərəfindən birmənalı qəbul olunur və onun hər zaman öz aktuallığını saxlaması, birləşdirici amil kimi davamlılığının təmin edilməsi milli vəzifə hesab edilir.

Bəhs olunan mövzunu Yenicag.az-a dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib ki, Azərbaycançılıq ideologiyasının təbliği heç bir halda süni xarakter daşımır və bu, bizim ideologiyaya çevrilən yaşam tərzimizdir:“Milli arzu və istək özü də ideologiya sayılır. Azərbaycanda mövcud olan bütün xalqlar birgə, firəvan həyat sürür. Azərbaycançılıq təfəkkürünə əsaslanmağın özü təbii qoruma instiktidir. Bu gün Azərbaycanda bütün xalqların birgə yaşayışı dövlətin proqramı, prinsipi ilə deyil, içdən gələn sosial çağırış sayəsindədir.

İllər ərzində Azərbgaycan xalqının mövcud olması, inkişaf etməsi bu ideologiyaya bağlıdır. Bizi birləşdirən vətən sevgisidir. Azərbaycanda heç bir vətəndaş bir-biri ilə əlaqələri etnik mənsubiyyətinə görə tənzimləmir. Azərbaycanda bütün etnoslara mənsub şəhidlər və qazilər var. Onların hər biri bizim baş tacımızdır.

Etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın milli maraqlarına xidmət etməyən hər kəsə eyni dərəcədə mənfi yanaşılır, pis baxılır. Azərbaycançılıq ideologiyası sanki fərqli güllər yetişdirən bağçaya bənzəyir. Azərbaycanın gözəlliyi də məhz bundadır.

İdeologiya zorla tətbiq oluna bilən sistem deyil, hər kəsin içindən gələn sosial çağırışdır. Azərbaycan isə bu çağırışı dövlət səviyyəsində unikal şəkildə həyata keçirir”.

Nəsimi Ələsgərli/yenicag.az


Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.

Geri dön