Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan nefti ötən həftə 3%-dək ucuzlaşıb
Azərbaycan nefti ötən həftə 3%-dək ucuzlaşıb |
Ötən həftə ərzində (23-27 oktyabr) dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 92,952 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,866 dollar və ya 2,99% azdır.
Həftə ərzində ən yüksək göstərici (I gün) – 95,54 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 91,71 dollar səviyyəsində olub. Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb. Geri dön |