Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Deputat: “Gündəmi dəyişmək lazım deyil”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Deputat: “Gündəmi dəyişmək lazım deyil”

Deputat: “Gündəmi dəyişmək lazım deyil”


Fərəc Quliyev: “İsa Qəmbərin Lənkərana səfəri ciddi hadisə deyil ki, buna münasibət bildirək”

“Müsavat başqanı İsa Qəmbərin hara səfər etməsi heç kim üçün maraqlı deyil və belə xırda məsələrə münasibət bildirmək sadəcə vaxt itkisidir”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev söyləyib.
Xatırladaq ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mətbuata son müsahibəsi zamanı Müsavat başqanı İsa Qəmbərin ünvanına kəskin ittihamlar səsləndirib. Müsavat rəhbərini cəsarətsizlikdə ittiham edən ADP sədri onun Lənkərana buraxılmayacağını bilə-bilə həmin rayona gedəcəyini elan etməsini və yarıyoldan geri dönməsini siyasətçiyə yaraşmayan hərəkət kimi qiymətləndirib. Qeyd edək ki, bu Müsavat başqanının ünvanına ilk belə ittiham deyil. Onun 2003-cü il prezident seçkiləri öncəsi “Qələbə”yədək siz gəlin, oradan sizi qələbəyə O aparacaq” vədinin arxasınca evində gizlənməsi və onlarla tərəfdarını qanunsuz aksiyaya sürükləyərək, həbsə göndərməsi də İsa Qəmbərin cəsarətsiz siyasətçi olmasına dair iddiaların həqiqət yükünü artırır.
Millət vəkili Fərəc Quliyev hesab edir ki, bu gün gündəm təşkil edəcək daha ciddi mövzular var ki, belə olduğu halda İsa Qəmbərin hər hansı səfəri ətarfında ciddi müzakirələrin aparılması mənasız cəhd kimi görünür: “Bu gün Azərbaycanda, yerləşdiyimiz regionda, dünyada ciddi hadisələr baş verir ki, əsas diqqətimizi məhz bu iqtiqamətə yönəltməliyik. Bir siyasətçi kimi də məhz bu məsələrlə bağlı şərh verməyimiz daha doğru olardı. Misal üçün “Ziyalılar Forumu”nun həmtəsisçisi, yazıçı Əkrəm Əylisinin romanı daha ciddi müzakirə mövzudur, nəinki İsa Qəmbərin səfəri. İsa Qəmbərin Lənkərana səfəri ciddi hadisə deyil ki, buna münasibət bildirək. Görünür onlar özləri diqqət mərkəzinə gəlmək istədikləri üçün bu cür məsələlərlə ictimai rəyi məşğul etməyə çalışırlar. Mən isə düşünürəm ki, gündəmi dəyişmək, ictimaiyyətin diqqətini mənasız məsələrə yönəltmək lazım deyil”.

Azər Niftiyev, Editor.az

Geri dön