Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 45 yoluxma faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 45 yoluxma faktı qeydə alınıb

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 45 yoluxma faktı qeydə alınıb


Oktyabrın 30-dan noyabrın 5-nədək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 834 min 95 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 689 nəfər müalicə olunaraq sağalıb, 10 min 358 nəfər vəfat edib. Aktiv xəstə sayı 48 nəfərdir.

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 184, bu günə qədər isə ümumilikdə 7 milyon 706 min 434 test icra olunub.

Geri dön