Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Xamneyinin müşaviri: Prezident postu mühafizəkarların əlində qalmasa, müsibətlə üz-üzə qalacağıq
Xamneyinin müşaviri: Prezident postu mühafizəkarların əlində qalmasa, müsibətlə üz-üzə qalacağıq |
İranın keçmiş xarici işlər naziri, dini lider ayətullah Əli Xamneyinin beynəlxalq işlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti fevralın 5-də jurnalistlərə açıqlamasında növbəti prezident seçkisindən danışıb.
Əli Əkbər Vilayəti deyib ki, mühafizəkarlar birləşməli, növbəti seçkidə prezident postunu öz əllərində saxlamağa cəhd göstərməlidirlər: “Üsulçular (mühafizəkarlar) birgə çıxış edəcəkləri təqdirə seçkinin qalibi olacaqlar. Biz buna çalışmalıyıq. Yox, üsulçular bir-birindən uzaqlaşıb ayrı-ayrılıqda fəaliyyət göstərsələr və qarşıdan gələn seçkidə prezident postu üsulçuların əlində qalmasa, o zaman müsibətlə üz-üzə qalacağıq. Belə olan halda isə ölkənin idarəsini yenidən ələ keçirmək üçün daha 8 il çalışmaq lazım gələcək. Yenə deyirəm. Üsulçular seçki ərəfəsində birləşməlidir. Prezident seçiləcək şəxs mütləq konstitusiyanı olduğu kimi qəbul edən, ölkənin dini lideri ayətullah Xamneyiyə itaət edən şəxs olmalıdır”. Əli Əkbər Vilayəti, Xamneyinin qudası Qulaməli Həddad Adil və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibaf bu yaxınlarda “2+1” kimi tanınan seçki koalisiyası yaradıblar. Yanvarın 15-də onlar deputat Hüseyn Müzəffəri koalisiyanın qərargahına rəhbər təyin ediblər. Geri dön |