Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Günlük fəaliyyətimiz davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Günlük fəaliyyətimiz davam edir

Fərəc Quliyev:Günlük fəaliyyətimiz davam edir


Məlum olduğu kimi, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Artıq Ədliyyə Nazirliyi yeni qanunun tələblərinə uyğun olaraq bəzi partiyaların üzvlərinin reyestrini təsdiqləyib.

Bəs yeni qanun siyasi təşkilatlara nə verəcək?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, partiya qeydiyyatdan keçəndən sonra, təbii ki, “Siyasi partiyalar haqqında” qanuna uyğunlaşmaq üçün qurultay keçirilib və nizamnamədə dəyişikliklər edilib: “Bir çox strukturlarımızda dəyişiklik etmişik. Daha mobil, rahat idarəetmə sistemi qurmuşuq, yerli təşkilatlara təyinatlarla bağlı yeniliklər var idi. Ədliyyə Nazirliyi yenidən qeydiyyata aldıqdan sonra bütün rayon şöbələrində konfranslar keçirdik, kəm-kəsirlərimizi aradan qaldırdıq. Reyestrin bir köməyi də o oldu ki, hansı üzvlərimizin bizdən çıxdığını, bizə gəldiyi halda başqa partiyadan çıxmadığını, rəhmətə gedənləri bildik. Təşkilatı silkələdik”.

F.Quliyev qeyd edib ki, bütün partiyalar istənilən seçki bitdikdən sonra növbəti seçkiyə hazırlaşmalıdır:

“Partiyanın işi seçkiyə hazırlaşmaq, seçki vasiəsilə hakimiyyətə gəlməkdir. Ona görə, biz məntəqə və dairələrə üzvləri indidən müəyyənləşdirmişik. Bələdiyyə seçkisi olanda namizədlik verə biləcək adamları müəyyən etmişik. Günlük fəaliyyətimiz davam edir. Qeydiyyatdan sonra əsas işimiz yeni nizamnamə və proqramın qəbulu olub. Əlbəttə, proqramda köklü dəyişiklik yoxdu. Nizamnamədə isə köklü dəyişiklər oldu”.

Aytac Aslan/bakivaxti.az


Geri dön