Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Heç bir yerdə işləməyən şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Sağlıq > Heç bir yerdə işləməyən şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər

Heç bir yerdə işləməyən şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2025-ci ilədək icbari tibbi sığortanın xidmətlərindən ödənişsiz istifadə edə biləcəklər. Həmin şəxslərin icbari tibbi sığorta haqlarını dövlət ödəyir.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib. O bildirib ki, eyni zamanda qanun layihəsinə əsasən icbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2025-ci ilədək təxirə salınması təklif edilib. Müştərək maliyyələşmə məbləğinin ambulator və stasionar tibbi yardım xidmətləri üzrə müraciət zamanı göndəriş prosesi pozulduğu hallarda tətbiq olunması nəzərdə tutulur.

Departament rəhbərinin sözlərinə görə, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif olunub. 2024-cü il 1 yanvar tarixinə qədər olan möhlətin 2027-ci il 1 yanvar tarixinədək artırılması “Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi”ndə nəzərdə tutulub. Sözügedən layihə hazırda Milli Məclisdə ikinci oxunuşdadır.

Geri dön