Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Süni ürək aparatı kəşf edən azərbaycanlı həkim: Gələcəkdə fəaliyyətimi Azərbaycanda davam etdirmək fikrindəyəm
Süni ürək aparatı kəşf edən azərbaycanlı həkim: Gələcəkdə fəaliyyətimi Azərbaycanda davam etdirmək fikrindəyəm |
Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu təkcə həkimlər üçün deyil, həm də tələbələr üçün çox faydalıdır. Burada onların da imkanı var ki, öncül texnologiyalarla tanış olsunlar, bu sahədə çalışan mütəxəssislərlə birbaşa danışmaq imkanları yaransın. Təşkilatçılara, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm. İnanıram ki, önümüzdəki illərdə də belə böyük forumlar keçiriləcək və bu, gələcəkdə həm Almaniya, həm də Azərbaycan üçün mütəxəssislərin yetişməsində çox böyük rol oynayacaq. Mən Qarabağdakı quruculuq işləri ilə də yaxından maraqlanıram və gələcəkdə öz fəaliyyətimi Azərbaycanda davam etdirmək fikrindəyəm.
Bu sözləri Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunun iştirakçısı, Almaniyanın “Helios Krefeld” klinikasında kardiocərrah işləyən, əslən Füzuli rayonundan olan Cavid Fətullayev söyləyib. Avropada süni ürək aparatı kəşf edən Cavid Fətullayev xaricdə yaşayan azərbaycanlı həkimlərin ən azı ildə bir dəfə görüşüb təcrübə mübadiləsi aparmasını çox gözəl təşəbbüs adlandırıb: “Bu təşəbbüsü ərsəyə gətirən hər kəsə öz təşəkkürümü bildirirəm. Forum çox gözəl təşkil olunub və biz burada yeni insanlarla tanış olmaq imkanı qazanırıq. Digər tərəfdən, dövlətimizin göstərdiyi qayğının şahidi oluruq. Berlinin mərkəzində gözəl bir binada bu forumun keçirilməsi həqiqətən də çox təqdirəlayiq hadisədir. Burada çox maraqlı təqdimatlar oldu, yeni terapevtik məsələlər ortaya çıxdı. Təəssüf ki, belə müzakirələr hər zaman olmur. İstərdik ki, bu cür tədbirlər tez-tez olsun, təcrübəmiz artsın, dünyaya baxışımız genişlənsin, yeni sahələrə marağımız oyansın”. Geri dön |