Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Beynəlxalq zəmanət olacaqsa, o zaman beynəlxalq format da yaradılacaq
Fərəc Quliyev:Beynəlxalq zəmanət olacaqsa, o zaman beynəlxalq format da yaradılacaq |
“Ermənistanı alətə çevirənlər sülh sazişinin onların iştirakı olmadan imzalanmasında maraqlı deyillər”.
Bu fikirləri Azərbaycanla sərhəd ərazidə vasitəçilərsiz danışıqlara razılıq verən Ermənistanın daha sonra mövqeyini dəyişməsinin səbəblərini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.Partiya sədrinin sözlərinə görə, bu addım Ermənistanın müstəqil siyasət həyata keçirmək imkanında olmamasının göstəricisidir: “Ermənistan üçün də sülh sazişinin imzalanması vacibdir. Çünki onlar başa düşürlər ki, vəziyyət dəyişə bilər. Ermənistanın arxasındakı güclər onu təşviq edirlər ki, məsələni uzatsınlar, sülh sazişi onlara lazım olan vaxtda imzalansın. 8 kəndimiz hələ də Ermənistanın işğalı altındadır. O baxımdan, günün birində hərbi əməliyyatlar yenidən başlaya bilər. Azərbaycanın apardığı siyasətdən ehtiyat etdikləri üçün vasitəçilərsiz danışığa razılıq vermişdilər. Ancaq göründüyü qədər, Ermənistana ciddi dəstək vədi verməklə, onun mövqeyinə təsir göstəriblər. Bütün bu işlərin kökündə Qərbin Rusiyanı Ermənistandan çıxarmaq və özlərinin regiondakı mövqelərini gücləndirmək niyyəti dayanır. Düşünürlər ki, əgər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, onların bölgəyə daxil olmasına ehtiyac qalmayacaq. Kosovo variantına əl ataraq Qarabağdan köçmüş ermənilərin geri qaytarılması və bunun üçün onlara beynəlxalq zəmanətin verilməsinin vacibliyini dilə gətirirlər. Beynəlxalq zəmanət olacaqsa, o zaman beynəlxalq format da yaradılacaq. Buna isə rəsmi Bakı razılıq verməyəcək. Qeyd olunanları nəzərə aldıqda, vasitəçilərsiz danışıqların pozulmasında gözlənilməz heç nə yoxdur. Birmənalı şəkildə deyə bilərik ki, Ermənistanın ipi öz əlində deyil. Ola bilər, növbədənkənar seçkilər keçirilsin və reytinqi aşağı düşən Paşinyan hakimiyyətdən getsin. Ermənistanı alətə çevirənlər sülh sazişinin onların iştirakı olmadan imzalanmasında maraqlı deyillər. Bu prosesdən ciddi dividend qazanmaq istəyirlər. Danışıqlar prosesində moderatorun olması o deməkdir ki, həmin güc tərəfləri öz təsiri altında saxlamağa çalışacaq”. Səxavət Məmməd/yenicag.az Geri dön |